Təxminən 3 ay öncə, Apa-nın verdiyi məlumata görə, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılıb.
Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilib. Narkotacirlərin həbs olunması və maddi sübut kimi 31 kiloqram 500 qram narkotik vasitənin dövriyyədən çıxarılması 100 minlərlə şəxsin narkotik bəlasından xilas olması deməkdir. Biz bu gün narkotacirlərə qarşı hamılıqla mübarizə aparırıq. Hüquq Mühafizə Orqanlarımızın əməkdaşları həyatlarını hər an təhlükəyə ataraq, narkotacirləri yerində həbs edir və onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirdikləri narkotik vasitələri əldə edərək, məhv edirlər.
Bu gün 31 kiloqram 500 qram narkotik vasitəni heç bir kənddən yenicə gəlmiş 83 təvəllüdlü sıradan biri daşıya bilməz. Gəlin görək, bu işin başında duran kimdir? Kimdir bu cinayətə rəvac verənlər? Cəlilov Azəddin Əbülfəz oğlu kimdir? Buyurun, tanış olun.
99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvan şəhəri, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğlu. Yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30.
Əldə etdiyimiz məlumata görə, həbs olunan şəxslərdən biri Şərurludur, amma maraqlı məqam burasındadır ki, şəxsin avtomobili cinayət hadisəsində iştirak etsə də, həmin avtomobilin sahibi cinayət məsuliyyətinə cəlb olunmayıb. Onu da xatırladım ki, el arasında Azad kimi tanınan Cəlilov Azəddin Əbülfəz oğlu yüksək çinli məmurların adından da istifadə edir.
P.S. Cənab Prezidentimizdən xahişimiz ondan ibarətdir ki, bu cür faktların üstünü açdığımız üçün bizə yaradıla biləcək problemlərin qarşısının alınması üçün göstəriş versin.