Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
APA xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.