Müəllimlərin işə qəbul imtahanından narazı qalan müəllimlər var.
Elm və Təhsil Nazirliyinin qarşısına toplanan azərbaycan dili, ədəbiyyat müəllimlərinin şikayətləri imtahanlardandır.
"Müəllimlər iddia edir ki, imtahan üçün tərtib edilən sualların böyük əksəriyyəti ya səhv, ya da mövzudan kənar olub."
Şikayətçi məllimlər bildirir ki, tələbləri imtahanın yenidən keçirilməsidir.
Müəllimlərin şikayəti ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, bu gün Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov tərəfindən həmin namizədlər qəbul edilib və apellyasiya müraciəti etmə qaydası izah olunub və tövsiyə edilib.
Əlavə olaraq qeyd olunub ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan 1 seans keçirilib və namizədlərə eyni məzmunda test tapşırıqları təqdim olunub.
Teref.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: