Vergi borcu olan "VNM SERVİS" yenidən qanunu "çeynədi" -
Xəbər verdiyimiz kimi dövlətə 10792.41 AZN vergi borcu olan "VNM SERVİS" MMC “Dövlət satınalmaları haqqında” Qanunu "çeynəyərək" tenderlərə qatılıb və bu ay ərzində 3, ötən ay isə 21 tenderin (41 gündə 24 tender) qalibi olub.

32gun.az-ın məlumatına görə, hələ də borcunu tamamı ilə ödəyib bitirməyən şirkət daha iki tenderdə qalib seçilib.

Belə ki, adıçəkilən şirkət Ağcabədi Suvarma Sistemləri İdarəsinin "Yağlayıcı və sürtkü materiallarının alınması" ilə bağlı elan etdiyi tenderdə qalib olub və 25.627,36 AZN qazanıb.

Abşeron Suvarma Sistemləri İdarəsinin "Nəqliyyat vasıtələri üçün sürtkü yağlarının satınalınması" ilə bağlı elan etdiyi tenderdə də qalib olaraq tərəflər arasında 22.240,64 AZN-lik müqavilə imzalanıb.

Bir neçə gün öncə 10792.41 AZN vergi borcu olduğu üzə çıxan "VNM SERVİS" MMC-nin hazırki borcu 6244.41 AZN təşkil edir.

Qeyd edək ki, nizamanmə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi VÜQAR NAĞIYEV MƏHƏMMƏD OĞLUdur.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-07_1689355239_2.png
 

Dünyapress TV

Xəbər lenti