“Toylarda çəkiliş aparırdı, Vasif Talıbov dedi ki, sabahdan kostyumunu geyin, gəl Ali Məclisə…” -
“Toylarda çəkiliş aparırdı, Vasif Talıbov dedi ki, sabahdan kostyumunu geyin, gəl Ali Məclisə…”
Naxçıvan Muxtar Respublikasının (MR) bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilərin göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

“Toylarda çəkiliş aparırdı, Vasif Talıbov dedi ki, sabahdan kostyumunu geyin, gəl Ali Məclisə…”

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, göndərdiyimiz şikayət məktubunu dərc edin.

Deməli, şəkildə gördüyünüz Nicat Fəxrəddin oğlu Babayevi 15.02.2019-cu ildə Vasif Talıbov Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin etdi. 4 il vəzifədə olduğu müddətdə bu adam əlillərə ayrılan pulun böyük bir hissəsini “yeyib”, banklardan qeyri-qanuni düzəldilən sosial müavinatları mənimsəyib.

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri hər ay Baş nazir Səbuhi Məmmədovun qəbuluna gedəndə 1 çanta pulla gedirdi. İmkansızın, yetimin pullarını aparıb ona verirdi.

Nazir işlədiyi vaxt MR-də qanunsuzluq baş alıb gedirdi. Kimlər sosial müavinat alırdı, heç bilinmirdi?

Fuad Nəcəfli yenidən Nicat Babayevi nazir təyin etdi. Bu qədər pulları mənimsəyən şəxs yenidən necə vəzifəyə təyin edilə bilər?! Naxçıvanda bu şəxsə inanan yoxdur. Əgər dediklərimiz səhvdirsə və yaxud şərdirsə o zaman, nazir keçmişdə verdiyi sosial müavinətləri qəzetdə versin, biz də görək.

Keçmiş və indiki nazir Nicat Babayevin atası Nurəddin kişi Vasif Talıbovun qardaşının sürücüsü olub. 1998-ci ildə avtoqəzaya düşürlər və Nurəddin kişi vəfat edir. Talıbovun qardaşı isə 20 il yataq xəstəsi olur. Bu hadisədən sonra dəfn mərasimində Vasif Talıbov Nurəddin kişinin ailəsinə söz verir ki, oğlunuzu vəzifəyə təyin edəcəm. Nazir isə adi operator olub, toylarda çəkiliş aparıb. Bir gün toyda Vasif Talıbov Nicatı görür və deyir ki, sabahdan kostyumunu geyin və Ali Məclisə gəl.

Beləliklə, Ali Məclisdə müxtəlif vəzifələrdə işləyən Nicat Babayev axır ki, nazir olur. Yəni sözün qısası, yenilik, dəyişiklik adına Naxçıvanda heç nə yoxdur. Necə deyərlər, hər yerdə “köhnə hamam köhnə tas”dır.

Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 ,

Dünyapress TV

Xəbər lenti