Sosial şəbəkələrdə və mətbuatda özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşların şikayətlərinə rast gəlinir.
32gun.az xəbər verir ki, əhaliyə verilən xəstə mal-qaranın görüntüsü gündəm olub.
Paylaşılan görütüdə daha bir vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq proqramı çərçivəsində xəstə mal-qara verildiyini iddia edərək həmin heyvanın videosunu çəkib paylaşıb.
Belə ki, görüntülərdən də göründüyü kimi, Zəiflikdən ayaq üstə durmaqda çətinlik çəkir.
Vətəndaşların kinayəli gülüşünə səbəb olan hmin görüntünü təqdim edirik: