Naxçıvana təyyarə biletinə baxdım. Ən tezi, iyulun 21-nədir. Yəni 18 gün sonraya. Təsəvvür edirsinizmi, guya hava nəqliyyatı ona görə kəşf olunub ki, insanları daha tez mənzil başına çatdırsın. Naxçıvanda isə vaxtilə Məhəmmədhəsən kişiyinin eşşəyinə minib Bakıya doğru yola çıxanlar mənzilə AZAL-ın bu gün bizə təklif etdiyi müddətdən 10 gün tez çatardılar. Belə çıxır ki, Məhəmmədhəsən kişini ulağı Cahangir Əsgərovun uçağından ən azı iki dəfə sürətli imiş. Heyder Oguz Teref.az