Zakir Fərəcov Prezidentə hörmətsizlik etdi? – “50 min verib sizi tutduraram”
Bu gün ölkə ərazisində ən qalmaqallı icra başçısı Zakir Fərəcovdur. Bunu demək üçün onun mətbuatda hər gün müzakirə olunan yüzlərlə qanunsuz əməllərini, şərlətdirib həbs etdirdiyi insanları, hörmətsizlik etdiyi şəhid analarını, qapısından qovduğu kimsəsiz qocanı, işlədib pulunu vermədiyi iş damlarını və ən nəhayət, dövlət başçısının şəxsən imzaladığı qanunları heçə saydığı əməllərini misal çəkmək olar.

Özünü Sumqayıt şəhərinin allahı hesab edən Zakir Fərəcovdan daha ilginc məlumatlar kütləvi informasiya vasitlərində və sosial şəbəkələrdə yayılıb, hər kəsi təəccübləndirdi. Belə ki, bu yaxında iş adamları yığışıb hörmətli prezidentimizə özündə faktları əks etdirən sənədlərlə bərabər məktub yazıblar, bildiriblər ki, Zakir Fərəcov Sumqayıt şəhərinin abadlıq işlərini bizə gördürüb amma pulumuzu vermir.

Ümumilikdə, 60 milyon manatdan çox pulumuzu mənimsəyib. Hər gün 20-30 manata fəhləlik edən, ailəsinə, uşağına bir tikə çörək aparan usta və fəhlələr çarəsiz vəziyyətdə qalıblar. Sonra Prezident Aparatından iş adamlarının şikayətinə cavab gəlib, cavab məktubunda bildirilir ki, şikayətçilərin müraciəti araşdırılsın və bütün iş adamlarının haqqı ödənilsin.

Zakir Fərəcov isə bu hadisəni eşidib və gülüb, deyib ki, mən aparatdan gələn o məktubları aparıb tualetdə istifadə edirəm. Daha sonra ciddi sifət alaraq iş adamlarına bildirib ki, bu dəqiqə 50 min manat verib sizin hamınızı tutduraram.

İndi çarəsiz iş adamları çıxış yolunu yığışıb cənab prezidentin qəbuluna getməkdə görürlər. İnanırıq ki, bu məsələ araşdırılacaq və hər kəs öz haqqını alacaq.

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.
 

Dünyapress TV

Xəbər lenti