Ağsunun icra başçısı NƏ GÜNƏ ORDA OTURUB?
Yəqin ki, hər kəsin yadındadır, 04 iyun 2023-cü il tarixdə xəbər portalımızda “Ağsuda icra nümayəndəsi və bələdiyyə sədri kənd sakinini “ölüm həddi”nə çatdırıblar- RƏZALƏT” başlıqlı məqalə yayımlamışdıq. Yayımladığımız məqalədə Ağsu rayonunun Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin əlbir olaraq, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlunu “gözümçıxdıya salmaları” ilə bağlı hər kəsi məlumatlandırmışdıq. Belə bir başlıq altında məqalə yayımlandıqdan sonra, sanki öz-özlüyümüzdə düşünürdük ki, hər iki vəzifə sahibi çox yaxın günlərdə Alov Hacıyevə qarşı bəslədikləri aqressiyaya son qoyacaqlar. Səndemə zənnimiz bizi əməlli-başlıca yanıldır. Çünki, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” deyimi çox keçmədi ki, özünü doğrultmağa başladı. Yəni, hər iki şəxs daşıdıqları vəzifənin imkanlarından sui-istifadə edərək, nəinki Alov Hacıyevə qarşı, hətta bizə qarşı da aqressiyanı artırdılar. Məsələn, iki-üç gün bundan öncə bir nəfər şəxs redaksiyanın rəhbərliyi ilə əlaqə saxlayır və həmin şəxs özünü Kalva kənd bələdiyyəsinin sədrinin əmisi deyə təqdim edir. Hətta, həmin şəxs özünü bu yöndə təqdim etdikdən az sonra redaksiyanın rəhbərliyinə hədə-qorxu gəlir və o, “mən sizi məhkəməyə verəcəyəm” deməyi də unutmur. Bəli, yayımlanan məqalədə qeyd olunan faktlarla bağlı qarşı tərəfin hər hansı narazılığı, qəbul etmədiyi hallar varsa, deməli o halda həmin şəxs(lər)in məhkəməyə müraciət etmək hüququnu heç kim qadağan edə bilməz.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu gün də Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri, nə yolla olursa-olsun Alov Hacıyevə məxsus təsərrüfatı ləğv etməyə çalışırlar, amma onlar bu yöndə istəklərinə nail ola bilmirlər. Maraqlı hal odur ki, tərəflər bu kimi məsələlərlə bağlı indiyə kimi məhkəmələrdə çəkişsələr də, hər dəfə keçirilən məhkəmə proseslərində haqqı-ədalət müdafiə olunur və Alov Hacıyevin xeyrinə qərarlar çıxarılır. Hətta, Ağsu RİH başçısı cənab Rövşən Bağırov, Alov Hacıyevin təqdim etdiyi sənədlərə baxdıqdan sonra “Burada qeyri-adi nəsə yoxdur. Ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin sahədən təyinatı üzrə də istifadə olunur” deyir. Bütün bunların qarşılığında Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri yenə də iddia edirlər ki, guya qarşı tərəf Ağsu çayının yaxınlığında, hansı ki, hər kəsin “Köç” adı ilə tanıdığı ərazidəki tövləni qanunsuz tikdirib. Onların belə bir iddiaları dəfələrlə məhkəmələrdə “faş olunsa da” bu gün də hər iki vəzifə sahibi və onlara bu və digər formada havadaqlıq edənlər iyrənc əməllərindən əl çəkmirlər. Məsələn, təqribən iki-üç gün bundan öncə Kalva kənd icra nümayəndəsi Cavid Qədirov da redaksiya rəhbərliyinə zəng edir və o, “Alov Hacıyevin dedikləri ağ-yalandır və bizdə lazımi sənədlər var” deyir. Elə ki, tərəfimizdən ona “Siz lazımi sənədlərin surətlərini çəkin bizə göndərin” desək də, bir neçə dəqiqədən sonra icra nümayəndəsinə zəng çatmır. Deməli, bu şəxs də “qabaqdangəlmişlik” etməyə çalışır və onun bu yöndə düzüb-qoşmaq istədiyi oyunu baş tutmur.

Bu yöndə baş verənləri təhlil etdikdə onu da görmək mümkün olur ki, Birinci Qarabağ müharibəsi veteranı, 20 il ölkəmizin daxili işlər orqanlarında çalışan, hal-hazırda təqaüddə olan və bugünkü gündə şəxsi istəyi ilə təsərrüfat işləri ilə məşğul olan Alov Hacıyevə qarşı, Kalva kənd icra nümayəndəsinin və bələdiyyə sədrinin davam etdirdikləri aqressiya heç zaman uğur qazanmayacaq. Çünki, haqq-ədalət, mövcud qanunvericiliyin tələbləri və s. Alov Hacıyevin tərəfindədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
 //azerinfo.media//



Dünyapress TV

Xəbər lenti