"Şikayətin Əmlak Məsələləri Dövlət Xidmətindəndi, sözdə 14 iş günü ərzində poçtla göndərilməli olan ərizə artıq 2 ay yarımdı verilmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kamran Həsənov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Yerli idarə isə işlərinin çox olduğunu zamanı gələndə verəcəyik deyirlər. Bu necə olur başa düşmək olmur, qaynar xətdə yalandan şikayətlərə baxır". İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...