Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifədən çıxarılacağı deyilir.

AzFakt.com xəbər verir ki, İ.Abdullayevin vəzifədən çıxarılmasına səbəb bir neçə gün öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin nərd yarışının keçirilməsi olub.

Baş verən hadisənin Prezident Administrasiyasında və Elm və Təhsil nazirliyində ciddi narahatlıq yaratdığı bildirilir.

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə keçirilən nərd yarışı məktəbin feysbuk səhifəsində “Edu.az”, “AbşeronXızıRTİ” və “31nömrəli məktəb” həştəqləri ilə paylaşılıb. Lakin Elm və Təhsil nazirliyinin hadisədən xəbər tutandan sonra paylaşım silinib.
abseron.jpg
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ilin aprel ayında bu vəzifəyə təyin edilib.

İlhamə Abdullayeva Bakı Şəhər Təhsil İdarəsinin keçmiş müdiri, sabiq nazir müavini Məhəbbət Vəliyevanın kadrlarıdan olduğu bildirilir.

Vəzifədə olarkən adı bir sıra qalmaqallı hadisələrdə hallanan Məhəbbət Vəliyeva 2015-ci ildə Bakı Şəhər Təhsil İdarəsinə müdir təyin ediləndən sonra İlhamə Abdullayevanı İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin edib. M. Vəliyeva 2018-ci ildə BŞTİ-nin müdiri vəzifəsindən çıxarılandan sonra İ.Abdullayeva da postunu tərk edib.

Dünyapress TV

Xəbər lenti