Naxçıvan Həmkarlar İttifaqı Şurasının rəhbəri Anar İbrahimov Muxtar Respublika Ali Məclisinə sədr müavini seçilib. Bu haqda qərar Ali Məclisin bu gün keçirilən 10-cu sessiyasında qəbul olunub. Kəngərli rayon Qıvraq seçki dairəsindən Ali Məclisə üzv seçilmiş Anar İbrahomov həm də YAP Naxçıvan MR Təşkilatının icra katibidir. Anar İbrahimovun adı korrupsiya və rüşvətdə hallanır. Dövlət müəssisələrində çalışan bir qrup yerli sakin bir müddət öncə „Gündəlik Naxçıvan“a müraciət ünvanlayaraq, onun rəhbəri olduğu Həmkarlar İttifaqı Şurasından şikayət etmişdi. Şikayətçilər bildirirdi ki, dövlət müəssisələri ilə əlbir olan Şura, əslində 150-200 manata başa gələn göndərişi onlara zorla 1000-1200 manata satır. Şuradakı mənbənin məlumatına görə, Anar İbrahimov həm də pulsilmə və digər korrupsiya işlərinə də birbaşa nəzarət edir. Gündəlik Naxçıvan