Səttar Möhbalıyevin ADAU-dakı ŞÜBHƏLİ İZİ...
DİA.AZ: - Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tələbə Həmkralar İttifaqı Komitəsinə kənardan - Gəncə Dövlət Universitetindən kadr gətirilməsi ADAU-da birmənalı qarşılanmayıb. DİA.AZ bildirir ki, hətta etirazlar var və bu seçkilər kifayət qədər şübhəli elan olunmaqla yanaşı, bu işdə korrupsiya izinin olması da iddia olunur.

Bununla bağlı dia.az-a göndərilən məqalədə deyilir: "Aqrar Universitetin müəllim professor tələbələri müstəqilliyimiz dövründən dövlətimizin siyasətini dəstəkləyən, zəhmətkeş, xüsusi istiqamətli bir ziyalı ordusudur. Son illər bu universitetin kadr cəhətdən bəxti dönüb. Son 15 ildə kənardan gələn əndrəbadi üslublu rektorların (arada "sapı özümüzdən olan balta" - İbrahim də oldu) kəsici-çapıcı əməlləri sayəsində universitetin bu zəhmətkeş təvazökar kollektivi acınacaqlı günlərini yaşayır.

Bu təzə gələn rektorda sələflərinin əməllərinə əlavə etməyə bir şey tapmayıb, düşüb tələbə heyətininin - birliklərinin canına.

Soruşan yoxdur ki, ay Səttar Möhbalıyev, bu universitetin divarları arasında yetişən, tələbələrinin dərdi-sərini bilən bir istedadlı gənc tapılmadımı ki, əsgərlikdən yayınmış Bəşir Bağırzadənin tapıntısı olan Gəncə Dövlət Universitetini (pedaqoji) bitirmiş, nədənsə beyninə aqrar mütəxəssis olmaq sevdası düşmüş bir şəxsi gətirib qeyri-qanuni yolla ADAU-nin THİK sədri seçdirirsən?

Sayın Zəfər Qurbanov "qanun" deyəndə yer-göy silkələnir. Budurmu qanun, ay legioner rektor?

İşbaz, hərbi xidmətə getməmək üçün özünü xəstəliyə vuran Bəşir Bağırzadənin diktəsi ilə "canım-ürəyim" dediyin, göz qırpımında hər an vətən yolunda canından keçməyə hazır olan tələbələrimizin haqqına girmək onları aşağılamaq deyilmi?"

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti