Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına yeni müdir təyin olunub.
DİA.AZ bildirir ki, bununla bağlı Gədəbəy rayon icra hakimiyyətinin başçısı Oxran Mürsəlov əmr imzalayıb. Əmrə əsasən Fuad Arif oğlu Bayramov Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına müdir təyin edilib.
O, bu təyinata qədər Sabunçu rayon MKTB-də işləyib.
Qeyd edək ki, Fuad Bayramov Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun qardaşı oğludur.
Məsələ ilə bağlı Fuad Bayramov ilə əlaqə saxladı. F.Bayramov müdir təyin olunmasını sarkazm.az-a təsdiqlədi.