“ Həmin o Əlisən ki, mən oxuyanda sən...” - Əməkdar artist GİLEYLƏNDİ
“Əli Mirəliyevin efirdə çıxıb haqqımda danışmağı qətiyyən xoşuma gəlmədi. Tamaşaçıya Firuzə İbadovanın necə yaşaması, nə yeməsi, nə qazanıb-itirməsinin heç bir aidiyyatı yoxdur! Tamaşaçı hər zaman məni ifama görə alqışlayıb, sevib! Tamaşaçının nəyinə lazımdır ki, boş-boş söhbətlərlə onun qanını qaraldaq? Əli Mirəliyev çıxıb efirdə deyir ki, Firuzənin başına nə gəldisə ağılsızlığından gəldi! Xeyr, Firuzə çox ağıllı qadındır! Ağılsız insan deyil! Mən 50-60 toyu birdən qaytarıb qastrollara getmişəm. Əli bunu deməli idi. Axı Əli Mirəliyev məni hamıdan yaxşı tanıyır. Əli Mirəliyev aparıcıya deməli idi ki, Firuzə İbadova çox ağıllı insandır, Azərbaycan musiqisinə qulluq edib və hər kəsdən də çox işləyib. Heç kim xaricə getməyəndə Firuzə İbadova bəlkə də gənclərin içində rekord vurmuşdu. Müxtəlif ansambıllarla, ən əsası da Rəşid Behbudovun Mahnı Teatrı ilə qastrol səfərlərinə gedib. Niyə Firuzə İbadovanı toyla gündəmə gətirirlər? O həmin Əli Mirəliyevdir ki, mənim ifalarıma ağlayıb və ağlayır da. Çünki Əli Mirəliyev də savadlı insandır, bəstəkarlarımızı, şairlərimizi tanıyır. Mənimlə “Dan Ulduzu” ansambılında da işləyib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib:

“Efirdə durub deyir ki, ağılsızlığından, başının boşluğundan olub.. Anasına baxıb, ailəsinə baxıb. İnsan anasına baxmaz? Nə bilim, bəlkə onlar analarına baxmayıblar? Əgər anam məni böyüdübsə, təhsil veribsə, boy-buxunuma baxıb sevinibsə, şad günlərimdə yanımda olubsa mən onu saxlamamalı idim?! Sən məni niyə ayağa verirsən? Bu söz məni çox narahat etdi. Bəlkə də ürəyi yanıb deyib, amma bu kobud səsləndi. Milyonların qarşısında deməyi heç düzgün olmadı. İnsanlar bunu yüz yerə yoza bilərlər! Mənim özümə zəng edib deyərdin! Biz axı sənin ailənlə tez-tez danışırıq, musiqiləri bölüşürük! Deyir ki, toylara gedib yaxınlarını yedirdib. Mən bəyəm toy müğənnisi olmuşam? Sözsüz ki, müğənnilər toya gedib dolanıblar. Zeynəb Xanlarovadan başqa hamı toya gedib. Bu gün də gedirlər. Mən şəxsən sevinirəm. Güzəranları yaxşı olsun. Mən konsertə biletlərin satışı ilə rekord vuran müğənni olmuşam. Firuzə İbadova toylardan pul qazanmayıb. Sənətini göstərməyə gedib. Aldığım qonorarın miqdarını heç açıqlamaq istəmirəm. Mənə gülərlər.. O pulla sən ancaq bir həftə dolana bilərdin. 100-200 manatı necə günə xərcləyə bilərdim? Mən xalqımızı heç vaxt məcbur etməmişəm ki, bu qiymətə gələcəm. Elə toylar olub ki, heç pul götürməmişəm. Bunu deməzlər, bu Allahla mənim aramda olan bir sirdir. Məcburiyyətdən deyirəm! Müğənni özünə qiymət qoymaz. Mən bu sənətə gələndə düşünməmişəm ki, milyonlarım, maşınlarım, evlərim olacaq. Mən Azərbaycan musiqi mədəniyyətinə qulluq etmişəm, hazırda da tələbələrimizi öyrədirəm. Şəxsən Əli Mirəliyevin efirdə ünvanıma işlətdiyi həmin ifadə məni çox küsdürdü. Onsuz da mənə zərbələr dəyib də.. Mən o verilişdə yoxam. Niyə haqqımda söhbət getməlidir? Məni sevən insanlar verilişdən sonra yığıb dedilər ki, bəs sizə ev bağışlayırıq, niyə getmirsiz? Xeyr! Mən ev, pul davası etmirəm. Mənim dövlətimin qayğısına ehtiyacım var, insanların qayğısına yox. Mən bu gün toya getməsəm də balalarımı qanadımın altına alıb saxlayıram. Heç kimdən heç nə ummadan, istəmədən. Çünki mən güclü qadınam. Adım Firuzədir, mənası da çox böyükdür. Biz bir sənətin adamlarıyıq, olmaz belə etmək” deyə sənətkar bildirib.
 

Bölmənin digər xəbərləri

16 Aprel 2025 Xuraman içki məclislərinə getdiyini açıqladı
16 Aprel 2025 Nanənin verilişdəki hərəkəti olay oldu: Biədəb yeri göründü - Foto/VİDEO
16 Aprel 2025 Ülviyyədən ŞOK ETİRAF: “Övladımın atası ailəlidir, hamiləlik dövründə...” - VİDEO
16 Aprel 2025 "Siz adama pulsuz heç nə verməzsiniz" - Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
16 Aprel 2025 Əməkdar artist efirdə ÖZÜNDƏN ÇIXDI: - "2 qızını biabır etməyə gəlmisən?"
15 Aprel 2025 “Əlikram mənə 100 min ziyan vurub, halallıq vermirəm!” - VİDEO
14 Aprel 2025 Efir necə ucuz yerə gəlib ki, indi gör, onu kimlər idarə edir, nələr edirlər.
13 Aprel 2025 Məşhur reper Kanye Uest mumiyalanacaq?
13 Aprel 2025 "Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
12 Aprel 2025 Serialdan qovulan aktyorların yerinə onları seçdilər - FOTO
11 Aprel 2025 Mehin tıxaclardan gileyləndi
11 Aprel 2025 Hande Erçel 20 milyonluq təklifi qəbul etdi
11 Aprel 2025 Berdan Mardini 13 yaş kiçik sevgilisi ilə evləndi - FOTO
10 Aprel 2025 Sərvəti ilə öyünənlər vergi verirmi? - Açıqlamaların izi ilə...
10 Aprel 2025 "Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram..."
09 Aprel 2025 “150 manat heç 1 günümə bəs deyil”
09 Aprel 2025 Azərbaycanlı model bir qədəh kokteylə 70 min ödədi
08 Aprel 2025 "Prodüserim evimdən paltarlarımı oğurladı" - Səidə Dadaşova
08 Aprel 2025 "Ancaq "həyasızlıq" edirlər"
07 Aprel 2025 Nadiri toylardan uzaqlaşdıran kimdir? - VİDEO

Dünyapress TV

Xəbər lenti