Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə gündəmə gəlib.
Sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, həmcinsinə əl qaldıraraq, onu döyüb.
Şəbnəm bu hərəkətini həmkarı Türkan Vəlizadəyə görə atdığını söyləyib:
“Əvvəllər mən çox dava edirdim. Amma indi dalaşqan deyiləm. Çünki axırı yaxşı olmur. Söhbət qalmaqaldan yox, bildiyiniz əlbəyaxa dalaşmaqdan gedir. Özümə qadağa qoydum ki, heç kimlə dalaşmayacağam. Mənim üçün çox pis bitir. Ağlayırdım ki, mən niyə ona əl qaldırıb, döydüm. Gücüm yaxşıdır. Zamanında olub ki, bir insanı döymüşəm. Bir xanım Türkan Vəlizadənin xətrinə dəymişdi. Onu çox pis döymüşəm. Ondan sonra çox pis olmuşdum. Bir xanımı elə döyməməli idim. Amma o da yerini bilməmişdi və Türkanın çox pis xətrinə dəymişdi. Türkan hamıya sataşırdı və rahat idi ki, mən yanındayam. O döyülmək hadisəsi isə avtomobildə baş verib. O xanımı maşının içində döymüşdüm. Türkan isə məni qoyub qaçmışdı. Çox sevdiyim insanlara qarşı çox həssas oluram. Onları incidən insan zərrə qədər gözümdə olmur”.