İnsanları daha az yeməyə və daha çox işləməyə məcbur edəcəklər
Dünyanın zənginləri reallığı təhrif edərək insanları Yer üzündə ərzaq qıtlığının mövcudluğu ilə qorxudurlar.
Milyarder Bill Geyts yeni müsahibəsində Qlobal istiləşmə ilə mübarizə mövzusunu yenidən gündəmə gətirib. Statistik məlumatlara istinad edən Geyts bildirib ki, dünya mal-qarası həyatı boyu metan da daxil olmaqla bütün istixana qazlarının təxminən altı faizini istehsal edir. Buna görə də bəşəriyyət ya mal-qaranı metanla zəngin olan daxili dünyasını özündə saxlamağı öyrədəcək, ya da yaxın gələcəkdə ətdən olmayan bifştekslər qızartmağa başlayacaq.
Axmaq söz adi bir insanın ağzından çıxanda buna az adam əhəmiyyət verir. Ancaq yüz milyard dollardan çox sərvəti olan bir insan qəsdən təhlükəli fikirləri kütləvi şüura daxil edirlərsə, bütün dünya diqqətlə dinləyir, çünki bu qəbildən olan insanlar tarixin gedişatına təsir göstərməyə və qlobal meylləri formalaşdırmağa qadirdirlər. Geyts, zənginlərin ilk onluğundakı həmkarları ilə birlikdə, ümumi mənası "xalqımız pis yaşasa da, bu uzun sürməyəcək" fikrini yaymağa çalışır.
Geytsin planetimizdə baş verən təbii proseslərə dair rəqəmlərdən, proseslərdən və fiziki əsaslardan bixəbər olduğunu təsəvvür etmək çətindir. Buna görə də ayrılmaz, çox mürəkkəb və çoxşaxəli bir mozaikadan ayrı-ayrı parçaların çıxarılmasında müəyyən bir məqsədin olması qaçılmazdır. Manipulyativ və birbaşa reklam edilməyən məqsədi.
Birincisi, Geyts Yer atmosferinin cari istiləşməsi ilə bağlı əks fikirlərdən xəbərdardır. Bu fikirlərdən birinə görə, qlobal istiləşmə dövri, endogen bir prosesdir və karbon qazı yer üzündəki bütün canlıların qorxunc qatili deyil. İkincisi, istənilən, hətta ən hörmətli, məsləhətçidən rəy almaq imkanına malik olan milyarderin, donuz ətinin sıxılmış hamam böceyi yarımfabrikatı ilə əvəz olunmasına ehtiyacın duyulmaması ilə bağlı faktları nəzərdən keçirməsi pis olmazdı.
Bu gün planetin əhalisi 8,1 milyardı keçib. Sürətli artım XIX əsrin əvvəllərindən başlayıb. 1800-cü ildə planetdə 990 milyon insanın yaşayırdı. Amma cəmi bir əsr sonra bu rəqəm iki qatına çatdı.
Əyləncəli müşahidə: tibbi kəşf tarixləri, məsələn, dərmanlar və peyvəndlər insan populyasiyasının kəskin artdığı dövrlərə tətbiq olunduğu təqdirdə, onların arasında birbaşa əlaqənin mövcudluğu nəzərə çarpır. XVII əsrin sonlarında çiçək peyvəndi uğurla sınaqdan keçirildi. İnsanların daha 1 milyard nəfər artdığı növbəri yüz ildə isə elm adamları quduzluq, tif, vəba və taunu da məğlub etdilər. Yeri gəlmişkən, vaksin sözünün özü Geytsin nifrət etdiyi inəklərin çiçək xəstəliyi deməkdir. XX əsr göy öskürək, difteriya, poliomielit, qızılca, məxmərək və bir çox digər patogenlərə qarşı dərmanların kəşf edildiyi dövrü oldu. Bu irəliləyiş, getdikcə sürətlənən elmi və texnoloji tərəqqi ilə birlikdə dünya əhalisinin iki milyarddan səkkiz milyarda qədər artmasına səbəb oldu.
Və onların hamısını gündəlik qida ilə təmin etmək lazımdır.
Bildiyiniz kimi, insan Yer üzündə əsas yırtıcı olduğu üçün, fiziki olaraq öz yem bazasını yaratmağa və bərpa etməyə məcburdur. Əks halda ətrafımızdakı dünya çoxdan post-apokaliptik filmlərdəki cansız çöllərə çevrilərdi. Əslində insanlar yer üzündə bitən, gəzən, uçan və üzən hər şeyi yeyir.
Ətraf mühit təşkilatlarının insanların illik istehlakına dair hesabatlarındakı rəqəmlər belədir: köpək balığı - 100 milyon ədəd, İnək - 300 milyon, qoyun - 500 milyon, hinduşka - 600 milyon, dovşan - 1,2 milyard, donuz - 1,5 milyard, ördək - 2 milyard. Əsas qida vahidi isə toyuqdur. Bir ildə insanlar 75 milyard toyuq və cücə yeyir. Bunlar yalnız quruda yaşayan heyvanlarıdır Kadr arxasında isə daha 700 milyon ədəd ton balığı, 14 milyard sardina və digər çay, dəniz və okean sakini var.
Eyni zamanda, təbii qida bolluğu insanlar arasında qeyri-bərabər paylanır. İnkişaf etmiş ölkələrdə istehsal olunan bütün qidaların üçdə biri zibil qutusuna atılır, Yoxsul bölgələrdə isə insanlar otlaqlarda tapdıqları yemlə kifayətlənmək məcburiyyətində qalırlar. BMT, Ümumdünya qida proqramı çərçivəsində, aclıq çəkən insanların sayının azaldığını qeyd edir. Təşkilatın məlumatına görə, son 20 ildə bu göstərici təxminən 200 milyon azaldı. Elmi və texniki inkişaf və 1,5 milyard baş mal-qara da aclığın məğlub edilməsinə öz töhfəsini verirlər. Bu dünyada mövcud olan mal-qaranın sayıdır.
Mal-qara və toyuqlar vakuumda yaşamır. Heyvandarlıq sahələrinin çoxalma dövrünü təmin etmək üçün uzun sənaye zəncirləri fəaliyyət göstərir. Ot, silos, balıq yağı, üyüdülmüş və əzilmiş dənli bitkilər verən kənd təsərrüfatından, yem istehsalı, mal əti bifştekslərinin, xərçəng çubuqların və sair məhsulların hazırlanmasına qədər çoxlu sayda müəssisələr fəaliyyət göstərir.
Milyarder Qeytsin aləmində bütün bu texnoloji zəncirlər qırılmalıdır. Baxmayaraq ki, yaranacaq işsizləri ordusunun gələcək aqibətinə aydınlıq gətirilmir. Və elə burada Microsoft-un keçmiş rəhbərinin danışmadığı əsas suala gəlirik.
Geyts və onunla bərabər mal-qaranın total şəkildə kəsilməsinin tərəfdarları olanlar, elə qlobal istiləşmə nəzəriyyəsində olduğu kimi, alternativ elmi hesablamaları da bilməli və nəzərə almalıdır. Mövcud demoqrafik proqnozlara əsasən 2050-ci ilə qədər Yer kürəsinin əhalisi 10 milyard nəfərə çatacaq. Bununla da artımın başa çatacağı və əhalinin bir qaydada qalacağı gözlənilir. Bu orta modelin göstəricisidir. Optimist modelə əsasən əhalinin sayı 14 milyarda, mənfi modellərə görə isə - cari səkkiz milyardda qala bilər,
Kənd təsərrüfatı sahəsindəki mövcud proseslər — mexanizasiya, məhsuldarlığın artması, əkin sahələrinin genişlənməsi, heyvandarlığın inkişafı — aclığa sistematik bir hücum ilə misilsiz qida rifahını təmin edir. Bir milyard inəyin öldürülməsi ekologiyaya heç bir şəkildə kömək etməyəcək. Bir vulkan püskürmə zamanı atmosferə əlli böyük sənaye müəssisəsi istehsal etdiyi qədər karbon və kükürd dioksid, azot oksidi, hidrogen və metan buraxır. Eyni zamanda, fabriklərin emissiyaları idarə edə biləcək bəşəriyyət 500 aktiv vulkanın fəaliyyətini tənzimləməkdə hələ də acizdir.
Qərb cəmiyyətində populyar olan konspirativ nəzəriyyə görə, varidatları artan tempi\ çoxalan planetin ən varlı insanları, yumşaq desək hiyləgərliyə əl atırlar. Kontekstdən qoparılmış rəqəmlərə müraciyyət edərək insanları inandırmağa çalışırlar ki, onlar yolverilməz həddə yaxşı yaşayır. Kütləvi şüuru, ətin yalnız seçilmiş insanlar üçün əlçatan olan bir nemətə çevriləcəyi fikrinə hazırlayırlar. Qalanları isə qurudulmuş çəyirtkədən hazırlanmış dondurulmuş şorba üçün işləmə hüququnun olmasına şükür etməlidir.

Bölmənin digər xəbərləri

05 Yanvar 2025 Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?
04 Yanvar 2025  "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
04 Yanvar 2025 Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik”
03 Yanvar 2025 Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqları hansı qaydada və ya məbləğdə ödənilməlidir?
03 Yanvar 2025 “Qadınlar kişiləşib, kişilər dişiləşib”
02 Yanvar 2025 DSMF - tərəfindən hansı əsaslardan Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununin bu 2 maddəsi tətbiq olunmur
02 Yanvar 2025 Yaşayış minimumu 285 manat oldu
02 Yanvar 2025 Bu bankdakı əməliyyat dələduzkuq deyil nədir? - Mərkəzi Bankda bunu görməzdən gəlir...
01 Yanvar 2025 Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb
01 Yanvar 2025 Bakı sakininə qaza görə 12 min manat borc gəldi
31 Dekabr 2024 ABŞ Ukraynaya 3,4 milyard dollar yardım ayırıb
30 Dekabr 2024 Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar?
29 Dekabr 2024 Her beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF
29 Dekabr 2024 Azərbaycan Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddətini dəyişəcək
28 Dekabr 2024 "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
27 Dekabr 2024 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)
27 Dekabr 2024 Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf
27 Dekabr 2024 Pensiya və maaş artımları bu tarixdən veriləcək
26 Dekabr 2024 Culfa sakini dalağı çıxarılan oğlunun pensiyasının kəsilməsinə ETİRAZ EDİR – Rəsmi qurumlar isə...
26 Dekabr 2024 İctimai nəqliyyatda şagirdlər üçün gediş haqqı problemi:

Dünyapress TV

Xəbər lenti