Pensiya və maaş artımları bu tarixdən veriləcək
Ötən gün Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.

mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, builki paketin 3 milyon vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, bu, əvvəlki paketlərlə müqayisədə daha çox vətəndaşımızın sosial artımlardan faydalanması deməkdir:

"Eyni zamanda minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarına təsir göstərəcək. Bu təbii ki, sadəcə minimum səviyyədə əməkhaqqı alan vətəndaşlarımızın deyil, eyni zamanda vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olunacaq. Minimum pensiya ilə yanaşı həm də gələn aydan əmək pensiyalarının indeksləşdirilərək artırılması həyata keçiriləcək. Bu əmək pensiyası alan bütün vətəndaşlarımıza şamilolunacaq. Bu o deməkdir ki, indeksləşdirmə nəticəsində pensiya artımları 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və həmin vətəndaşların pensiyalarında artımlar müşahidə olunacaq”.

Millət vəkili bildirib ki, minimum əməkhaqqı və minimum pensiya üzrə artım yanvar ayından etibarən tətbiq olunacaq:

"Yəni gələn aydan minimum əməkhaqqı və minimum pensiya artırılır. Əmək pensiyalarının indeksləşdirilməsi da yanvar ayında nəzərdə tutulacaq. Amma əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirildiyi və 2024-cü il üçün yekun rəqəm fevralın əvvəlində elan olunduğu üçün vətəndaşlarımız əmək pensiyalarının indeksləşdirmə nəticəsində yanvar ayının artımlarını fevral ayının artımı ilə birlikdə alacaqlar”.

V.Bayramov sonda qeyd edib ki, müəllimlərin və eləcə də həkimlərin əməkhaqqları vahid tarif cədvəlinə uyğun deyil:

"Bu sektorlarda əməkhaqqı artımları müəyyənləşdirilən və tətbiq edilən keyfiyyət meyarlarına əsasən həyata keçirilir. Ona görə də təhsil sektorunda vahid tarif cədvəlinə uyğun əməkhaqqı alan daha çox texniki işçilərin maaşlarına minimum əməkhaqqının artırılması təsir göstərir. Amma müəllimlərimizin əməkhaqqı sertifikasiya nəticəsində həyata keçirilən artımlardır”.
 

Bölmənin digər xəbərləri

07 Yanvar 2025 Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…
06 Yanvar 2025 Maaşı az olanlara xoş xəbər - Artımlar olacaq
06 Yanvar 2025 Əmək haqqı təyin edilərkən işçilər arasında ayrı-seçkiliyə yol verilmir.
05 Yanvar 2025 Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?
04 Yanvar 2025  "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
04 Yanvar 2025 Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik”
03 Yanvar 2025 Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqları hansı qaydada və ya məbləğdə ödənilməlidir?
03 Yanvar 2025 İnsanları daha az yeməyə və daha çox işləməyə məcbur edəcəklər
03 Yanvar 2025 “Qadınlar kişiləşib, kişilər dişiləşib”
02 Yanvar 2025 DSMF - tərəfindən hansı əsaslardan Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununin bu 2 maddəsi tətbiq olunmur
02 Yanvar 2025 Yaşayış minimumu 285 manat oldu
02 Yanvar 2025 Bu bankdakı əməliyyat dələduzkuq deyil nədir? - Mərkəzi Bankda bunu görməzdən gəlir...
01 Yanvar 2025 Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb
01 Yanvar 2025 Bakı sakininə qaza görə 12 min manat borc gəldi
31 Dekabr 2024 ABŞ Ukraynaya 3,4 milyard dollar yardım ayırıb
30 Dekabr 2024 Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar?
29 Dekabr 2024 Her beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF
29 Dekabr 2024 Azərbaycan Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddətini dəyişəcək
28 Dekabr 2024 "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
27 Dekabr 2024 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)

Dünyapress TV

Xəbər lenti