Ölkənin sənaye bazarı təmamən sıradan çıxacaq. İnsanlar yalnız qidalanma və təhsil xərclərini qarşılaya biləcəklər. Gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Onlar yalnız bundan sonra işləyə biləcəklər. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəediciləri cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək. Bu ilk növbədə geyim, təmizlik, tikinti materialları bazarında ciddi qiymət artımına səbəb olacaq. Vergi uçotunda olmayan "Sədərək", "Binə", "Eurohome" və sair bu kimi iri ticarət mərkəzlərində çalışanlar vergi uçotuna alınacaqlar. Nəticədə rəsmiləşmə, vergi qeydiyyatı onsuz da idxaldan asılı olan, onlayn ticarətin genişlənməsi səbəbindən zəifləyən geyim, təmizlik, hətta pərakəndə ərzaq dükanlarında da qiymətləri artıracaq. Beləliklə bahalaşma nəticəsində təkcə sahibkar ziyana düşməyəcək, eyni zamanda vətəndaş da alıcılıq qabiliyyətini bahalaşmaya görə bir az da itirmiş olacaq. Bir məqama da diqqət edək. 2024-cü ilin 10 ayı ərzidnə əhalinin ümumi xərclərinin təxminən 56%-i ərzaq, içkilər və tütün məhsullarına yönəlib. Təxminən 20 faiz isə təhsil və səhiyyə xərcləridir. Nəticə etibarilə də ölkə vətəndaşları geyim, inşaat, əyləncə kimi xərcləri üçün gəlirlərindən vəsait ayıra bilmirlər. Yəni 2023-cü ildə bunun üçün əlində ən yaxşı halda illik gəlirindən 20 faiz vəsait qalırdısa, 2024-cü ildə artan infilyasiya səbəbindən həmin büdcə 16 faizə qədər kiçilib. Görünən odur ki, 2025-ci ildə Azərbaycan vətəndaşları yalnız ərzaq və təhsil üçün vəsaiti formalaşdıra biləcəklər. Nəticə etibarilə də fərdi təmir-tikinti, geyim, əyləncə kimi xərclər üçün vəsait ən yaxşı halda illik gəlir büdcəsində 10 faiz olacaq. Razi Abasbəyli TEREF