Təhsilimizin  gününü ağlayan  minlərlə   qara örtüklü qadınlar ...  - Yox, bu məcaz deyil // VİDEO
Azərbaycan təhsilinin gününü ağlayan qara örtüklü qadınların sayı artıq minlərlədir...

Bir yanda sertifikasiya imtahanında lazımi keçid balını toplaya bilmədiklərini səbəb gətirərək, əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarılan müəllimlər, bir yandan işçilərin yanında, - "Mən əlli min verib vəzifəyə gəlmişəm, mənə heç kim heç nə edə bilməz" deyə qürrələndiyi deyilən Xırdalan şəhər 17 saylı Körpələr evi - uşaq bağçasının keçmiş, Digah qəsəbəsi 6 saylı uşaq bağçasının hazırkı müdiri Fəranə Məhərrəmovanın saydıqca sanki, "bərəkətlənən" qanunsuz əməlləri, digər yandan da Lənkəran şəhər 12 saylı uşaq bağçasının müdiri Zəminə İsayevanın bağçadakı "vor qanunları" ilə idarəçiliyindən cana doyan narazı çalışanlar aylardır ki, biri-birinin ardınca, "DogruXeber. Az" informasiya agentliyinə müraciət edirlər.

Xatırladaq ki, redaksiyamıza daxil olan bütün müraciətlərlə bağlı tərəfimizdən hər zaman aidiyyatı üzrə qurumlara rəsmi sorğu və müraciətlər göndəririk.

Ən çox narazılıq dolu müraciətlər təhsil və səhiyyə sahəsində olduğu üçün, ən çox sorğu göndərdiyimiz də Səhiyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyidir.

Onlardan Səhiyyə Nazirliyi "bəzəkli-düzəkli", "sakitləşdirici" cavablar verərək, həmişə özünü "sudan quru çıxarmağa çalışır", Elm və Təhsil Nazirliyinə göndərdiyimiz məktublar isə "dərin quyuya daş atmaq" kimi olur.

Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyi özünün rəsmi internet səhifəsində yerləşdirilən e-mail ünvanının iki ildən çoxdur ki, işləmədiyini deyirlər.

Maraqlıdır, "əlaqə vasitəsi" adı ilə işləməyən ünvan rəsmi səhifədə niyə var?
Gözdən pərdə asmaq üçünmü"

Emin Əmtullayevin rəhbərliyi altında Azərbaycan təhsilinin evi elə yıxılıb ki, bunu görməyə nəinki pərdə, qala divarı belə mane ola bilməz.

"Rüşvət" desən - təhsildə,
"korrupsiya" desən - təhsildə,
"dava-dalaş" desən - təhsildə,
"təhdid" desən - təhsildə,
"şantaj" desən - təhsildə, nə yazıq ki, hətta əxlaqsızlıq belə son zamanlarda təhsil sahəsində rast gəlinən olub.

Bir sözlə - keyfiyyətli təhsildən başqa, hər şey...

Təhsil - bu söz sadəcə qurumun adında var.

Son illər atdığı addımlarımdan görünür ki, elə qurum özü də öz fəaliyyətindən narazıdır.

Təsəvvür edin, 11 il (bəzən daha çox) orta təhsil + repetitor hazırlığı, ali məktəblərə qəbul, 4 il tələbəlik, sonra işə girmək üçün MİQ (müəllimlərin işə qəbulu) imtahanı (şübhəsiz ki, burda artıq imtahandan kəsilənlər də olur) və sertifikasiya imtahanı...
Və nəhayət son nəticə - 4300 nəfərdən çox işsiz müəllim.

Sual yaranır:

Hörmətli qurum, bu gün alınlarına "savadsız damğası" vurduğunuz o, müəllimlərə orta məktəbi bitirəndə niyə verdiniz attestat?
Deyək ki, attestat verdiniz, ali məktəblərə niyə qəbul etdiniz?
Diplom niyə verdiniz?

Savadları ilə özləri qazandıılar?
Bəs o, zaman indi niyə savadsız kimi kənarlaşdırdınız?

Özünüz öz fəaliyyətiniz nə qədər yararsız olduğunu qəbul etmiş olsanız da, təəssüf ki, bunun zərərini siz deyil, günahsız insanlar yaşayır.

Axı yuxarıdakı suallarda ardıcıl saydığımız mərhələlər üçün bu insanların ömürlərinin demək olar 20 ili gedib.

Emin Əmrullayevin media qarşısında pafoslu çıxışlarında dilindən "qanun" sözü düşmür.

Hörmətli, Emin Əmrullayev, bu gün sayənizdə işsiz qalan 4300 müəllimin böyük əksəriyyəti keçirdiyiniz sertifikasiya imtahanındakı saxtakarlıqdan narazılıq edir, kameraların açılmasını, yaxud imtahanın şəffaf şəkildə yenidən keçirilməsini tələb edir.
Onların bu tələblərini qulaqardına vurma səbəbiniz nədir?

Öz səsi ilə əməlləri ifşa olunan bağça müdiri Fəranə Məhərrəmova, Günay Hacıyeva, Arzu Məmmədova, Zəminə İsayeva niyə hər şeyə rəğmən bu gün də vəzifədədirlər və elə öyrəşdikləri qaydada da fəaliyyət göstərirlər?

Axı onların fəaliyyəti təhsil qanunlarına təhqirdir.

Hansı əsasla o, şəxslər bağça müdiri vəzifəsinə təyin ediliblər ?

Oxucularımız da yəqin bizimlə razılaşar ki, bütün faktlara rəğmən Elm və Təhsil Nazirliyinin bu səssizliyi Fəranə Məhərrəmovanı haqlı çıxarır. Hansı ki, Fəranə Məhərrəmovadan narazılıq edən müəllimlərdən bəziləri onun, - "Mən əlli min verib vəzifəyə gəlmişəm" dediyini iddia edirdilər.

Həmçinin, işdən çıxarılan müəllimlər də imtahandan əvvəl onlardan "imtahandan kəsilməmələri üçün" müxtəlif məbləğlərdə pullar istənildiyini bildirirlər.



Bu gün isə hər il olduğu kimi məktəbli formalarının xüsusi satış ünvanları xəbər saytlarına ötrülüb.

Bütün bunlardan sonra, Elm və Təhsil Nazirliyinin sadəcə bu adla fəaliyyət göstərən "Holdinq" olduğu qənaətinə gəlmək olar.

Nazir Emin Əmrullayevin təlimçi xanımının xaricdə təhsil aldığı məktəblərin ödənişlərinə nəzər saldıqda isə yuxarı abzasda qeyd etdiyimiz fikrin önündəki şübhə və tərəddüdlər də tamamilə aradan qalxır.

Cənabın dövlətinin gəlhagəlidir - Müəllimlər "qan ağlayır" // VİDEO

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber. az

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
10 Noyabr 2024 Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
09 Noyabr 2024 Maşın almağa imkanı olmayanlara MÜJDƏ
08 Noyabr 2024 Maaş və pensiyalarla bağlı müjdə - Büdcədən vəsait ayrıldı

Dünyapress TV

Xəbər lenti