Sənədsiz evlərlə bağlı yeni akt hazırlanır:
Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Rəsmi məlumata görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış evi var və bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sözügedən hüquqi aktın qəbulu ilə sənədsiz evlərlə bağlı bir sıra problemin aradan qaldırılacağı gözlənilir. Ehtimal olunan odur ki, sənədsiz evlərlə bağlı yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürtələndirə bilər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hazırda ölkədə, xüsusən paytaxt Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur. Onun sözlərinə görə, bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var:

"Bəzi səbəblər bu əmlakların torpaqlarının təyinatlarının digər təyinatlı torpaqlar olmasıdır. Yəni hər hansısa bir fərdi həyət evinə çıxarışın verilməsi üçün mütləq şəkildə həmin fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları olmalıdır. Lakin çıxarış ala bilməyən əmlakların böyük əksəriyyətinin torpaqları kənd təsərrüfatı və yaxud da digər təyinatlı torpaqlardır ki, təyinat dəyişikliyinin mümkünsüzlüyü səbəbindən artıq bu əmlaklara çıxarışlar verilə bilmir”.

Eyni zamanda ekspert qadağan olunmuş ərazilərdə tikilən əmlaklara çıxarışların verilməsinin qanunla mümkün olmadığını vurğulayıb:

"Qadağan olunmuş ərazilərdəki bir sıra əmlaka - əgər kommunikasiya xətləri çəkilən ərazilərin mühafizə zolağında tikilibsə - kommunikğasiya xətlərinin yeri dəyişildikdən sonra çıxarışlar verilə bilər. Müəyyən əmlaklar da var ki, onların tikintisi zamanı tikinti normativləri kobud şəkildə pozulub. O baxımdan da tikintilərdə ara məsafələrinin qorunmaması səbəbindən bu əmlaklara çıxarışlar verilə bilmir. Təbii ki, bu tip əmlaklara çıxarışların verilməsi üçün hər hansısa bir hüquqi aktın qəbul olunması, yəni yeni qanun layihəsinin təsdiq olunması mütləqdir ki, bu tip əmlaklar birmənalı olaraq çıxarışla təmin oluna bilsin. Yəni araşdırmalar aparılaraq prosesin daha uzun müddət sürmədən bu tip əmlaklara hər hansısa bir yeni qanun layihəsi hazırlanarsa çıxarışlar verilə bilər. Bu baxımdan düşünürəm ki, sözügedən yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürtələndirə bilər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə sənədsiz evlərlə bağlı hüquqi aktın qəbul olunmasının bir müddətdir nəzərdə tutulduğunu söyləyib. O, bununla əlaqədar illərdir işlərin aparıldığını və bütün evlərlə bağlı invertarlaşdırmanın həyata keçirildiyini deyib. Ekspertin sözlərinə görə, yeni hüquqi akt qəbul olunarsa belə, bəzi evlərə yenə də çıxarışlar verilməyəcək:

"Təbii ki, insanların sağlamlığına ciddi ziyan törədə biləcək ərazilərdə yerləşən, xüsusilə də yüksək gərginlikli işıq, qaz xətlərinin və su kəmərlərinin mühafizə zonasında yerləşən evlərin sənədləşdirilməsi həyata keçirilməyəcək və gələcəkdə onların sökülməsi məsələsi də müzakirə edilə bilər. Amma heç bir mühafizə zonasında olmayan, neft kontraktına aid olmayan torpaqlarda yerləşən fərdi yaşayış evlərinin isə sənədləşdirilməsi həyata keçiriləcək”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti