Minatəmizləmə Agentliyi “İşçilərin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub.
Qalib şirkətə 1 595 000 manat ödəniləcək.
Qeyd edək ki, tender çərçivəsində illik 2 900 nəfər əməkdaş üçün tibbi sığorta və fərdi qəza sığortası xidməti satın alınacaq.