Pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?
Səhər saat 5-də yuxudan oyandım. 5:30-da yola düşəcək məşhur "bağ avtobusu"na çatmağa çalışdım və bacardım. Yolda gedərkən biraz mürgülədim. Gözümü açanda artıq çatmışdıq. Və beləcə hərkəsin iş üçün toplaşdığı məhşur Paşaovaya çatdım. Burada vəziyyət belədir: Meyvə bağları olan insanlar və həmin insanların meyvə bağlarında işləmək üçün gəlmiş işçilər. Bu gün mən həmin işçilər qrupuna daxil idim. Avtobusdan düşüb işləmək üçün sahə axtarışına başladım. Nəhayət, bir sahibkar tapdım və onun bağına gedən maşına mindim. Maşın dedikdə komfortlu oturacaqları nəzərdə tutmuram. “Ford Transit” markalı yük maşının arxasında - yükün qoyulduğu yerdə "kollegiya"larım ilə mən ayaqüstə bağa yola düşdük. Birinci elə bildim ki, maşının qapısını açıq saxlayacaqlar. Yola düşdükdə "supervayzer" qapını örtmək istəyirdi ki, hər kəs bir ağızdan:" sən Allah qapını azca açıq saxla, ürəyim sıxılır"-dedi. Bu səhnə baxdığım bir çox filmdən mənə tanış gəlirdi. Hətta bir an fikirləşdim ki, bəlkə bizi "Auşvitz"ə aparırlar. Amma yaxşı ki, Xaçmazda idim. Xoşbəxtlikdən, orada da “Auşvitz” yoxdur. Amma, girişdə bu yazılmışdı: "Arbeit bringt Geld"
Maşından düşdük və hər kəs yüklərini yerbəyer etdi. Bizim "supervayzer" mənə gilasları yığacağım ağacı göstərdi. Sistem belədir: gilası yığırsan sonra çəkisini ölçürlər.Hər topladığın kiloqram üçün 50 qəpik. Gərgin iş saatları başladı. İlk başlarda çox sürətli yığsam da, günəşin düşmə bucağının azalmağı ilə havanın daha da qızması işi çətinləşdirirdi.

Nahar fasilə xeyli maraqlı idi. Kölgəlikdə oturub kənd camaatı ilə söhbət etmək adama lap ləzzət edir. Onların özlərinə məxsus ləhçələri elə şirindir ki, həmişə eşitmək istəyirsən. Təbii ki, quşların səsini deməsəm olmaz. Onlar daima sizi müşayiət edirlər. Beləliklə, bir günü ötürdüm, saat 6 oldu. Bizim “supervayzer” başladı qışqırmağa: daha bəsdirin, çəki başlayır. Təbii ki, bunu eşidən mən ağacdan düşdüm və tərəziyə doğru yaxınlaşdım. Gördüyüm bir mənzərə məni təsirləndirdi: İnsanlar yorğun olmalarına baxmayaraq, dayanmırdılar. Hər kəs çalışırdı ki, 1-2 kilo artıq yığsın.

Hələ bu harası idi ki, daha sonra hər kəs ağacdan düşdü. Yüklərimi yığışdırırdım ki, gördüm hay-küy düşüb. Bir işçi o birinə deyir ki, sən bilərəkdən gilasları yerə atırsan, sonra da onları yığıb evə aparacaqsan. Onu da qeyd edim ki, ağacdan gilas dərib evə aparmaq qadağan idi. Sadəcə yerə düşmüş gilasları yığıb aparmaq olardı. İlk öncə öz-özümə düşündüm:“Sənin nəyinə lazımdır axı, o yerə atır ya göyə”. Amma sonradan hər şeyi başa düşdüm. Sən demə, insanlar yerə düşmüş gilasları yığır, daha sonra öz kəndlərinə aparıb satırlar. Ona görə camaat qırğın edirmiş ki, sən məndən çox qazanacaqsan. Doğrusu bu hadisələrə şahid olduqda çox təsirləndim. Elə o zaman – 17 yaşımda “pul nədir və insanlar onu qazanmaq üçün nələrdən keçirlər?” sualına cavab aldım.
Bu hadisə barədə 2 misal çəkəcəm. Biri inanclı insanlar üçün, digəri isə öz ideyaları ilə yaşayan insanlar üçün.

“Allah Öz bəndələrindən istədiyi kimsənin ruzisini artırar, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.” - (Ənkəbut surəsi, 62)

"Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər." - Konfutsi
Aydın Kərimli
TEREF

Bölmənin digər xəbərləri

07 İyul 2024 İşçilərə bütün növ məzuniyyətlərin verilməsi hansı qayda və şərtlərdə həyata keçirilir?
07 İyul 2024 Niyə ölkənin Əmək Məcəlləsini pozan vəzifəli şəxslər cəzalanmır?
06 İyul 2024 “Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - ŞİKAYƏT
06 İyul 2024 Dərdinə əlac tapılmayan sənədsiz evlər: Hansı evlər söküləcək?
06 İyul 2024 Psixoloqlar boşanmaların 6 səbəbini AÇIQLADI
04 İyul 2024 Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: bu şəxsləri cəza gözləyir - DETALLAR
04 İyul 2024  Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? - Ekspert danışır...
04 İyul 2024 Azərbaycanda pensiyaçılara ictimai nəqliyyat PULSUZ OLACAQ?
03 İyul 2024  Qeyri-şəffaflığa və hesabatlılığın aşağı səviyyəsinə aid DSMF nümunəsi... - Fəaliyyəti "qaranlıq"dır
03 İyul 2024  Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”
02 İyul 2024 Ekspert gediş haqqının bahalaşmasını belə ŞƏRH ETDİ
01 İyul 2024 Bu, işçinin iradəsi əlehinə baş verə bilərmi? - Ekspert danışır...
01 İyul 2024 "Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" - deputat
30 İyun 2024  Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
30 İyun 2024 Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM
29 İyun 2024 Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr
29 İyun 2024 Bakı Fransız Liseyi fəaliyyətinə son "verildi": Şagirdlərin aqibəti necə olacaq?
28 İyun 2024 İşəgötürən - əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi və maddi ziyana görə məsuliyyət daşıyır
27 İyun 2024 "Mühafizəni çağırdı, zor gücü ilə müəssisədən çıxardıldım" - NARAZILIQ VAR...
26 İyun 2024 “Azəriqaz”da narazılıqlar PİK HƏDDƏ... - ETİRAZ VAR...

Dünyapress TV

Xəbər lenti