Əmək müqaviləsi ləğv edilmiş işçilərə işsizlik sığortası - aşağıdakı hallarda, qaydada və məbləğdə ödənilir: 1.Dövlət orqanı, hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi müddətinin qurtarması əsası olduqda 2. İşsiz kimi məşğulluq orqanında qeydiyyata alındıqda. Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 3. Sığorta ödənişi - sığorta stajı nəzərə alınmadan ödənilir. 4. Sığorta ödənişi işçinin orta aylıq əmək haqqından hesablanmaqla ödənilir. 5. İşsizlik sığorta ödənişi işçinin orta əmək haqqının 50 faizindən hesablanır. 6. Sığorta ödənişi - ən çoxu işçinin işsiz kimi qeydə alındığı dövlrdən 9 aya qədər ödənilə bilər. 7. Sığorta ödənişi birinci 2 təqvim ayı üçün- 100 faiz, növbəti 2 təqvim ayı üçün- 80 faiz, növbəti 2 ay üçün- 70 faiz məbləğində ödənilir. 8.Növbəti 3 ay üçün-345 manat məbləğində ödənilir. 9. Əmək müqaviləsinin müddəti qurtarma əsası ləğv edilən işçilərə 3 ay müddətində 345 manat məbləğində sığorta ödənişləri verilir. 10. Sığorta ödənişi alanın himayəsində 18 yaşına çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsilibitirənədək, lakin 23 yaşından çox olmamaqla) onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz əlavə edilir. Azər Quliyev. TEREF