Zavodda həyatını itirənlərin ailəsinə nə qədər kompensasiya veriləcək?
Bir neçə gün öncə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənərək həyatını itirib, iki əməkdaşı isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya hospitalizə olunmuşdu.
Bəs görəsən, zavodda həyatını itirənlərə nə qədər kompensasiya veriləcək?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, ümumiyyətlə bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır:
"Orada çalışan işçilərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmalı deyil. Yarana biləcək gözlənilməz təhlükə riskləri nəzərə alınmalı və ona aid tədbirlər görülməlidir. Xüsusən də riskli sahələrə nəzarət olmalıdır. Tədbirlər kompleks şəklində görülməlidir.
Təhlükəsizlik tədbirlərinə mütəmadi nəzarət edilməlidir. Bədbəxt hadisə baş verərsə, kimsə xəsarət alarsa və ya həyatını itirərsə, buna görə məsuliyyət nəzərdə tutulub. Hər biri aktlaşdırılır. Hüquq mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət verilir".
E.Nurəliyev qeyd edib ki, işçilərin də özlərinə uyğun hüquqları var:
"İşçi təhlükəli şəraitdə çalışırsa, xüsusi geyimi və ya qoruyucu vasitələri yoxdursa, iş görməkdən imtina edə bilər. İşəgötürən işçini təhlükəsizlik baxımından təmin etməyə borcludur. Bunların hər biri bədbəxt hadisə baş verməməsi üçündür. İşçi də bədbəxt hadisənin baş verməməsində maraqlıdır".
Ekspert əlavə edib ki, işçilər mütləq şəkildə sığortalanmalıdırlar:
"Sığorta olmadan da işçi bədbəxt hadisədə həyatını itirərsə, kompensasiya verilir. Kompensasiya işçinin vəzifəsinə görə təyin edilir. Kompensasiya təyin olunan zaman işçinin himayəsində azyaşlı və ya əlilliyi olan şəxslərin olub-olmaması da nəzərə alınır. Həlak olan şəxsin 18 yaşına çatmamış övladı və yaxud da 22 yaşına qədər təhsil alan övladı, evində əlilliyi olan şəxs varsa, bu xərclər hər biri ona görə hesablanır.
Birdəfəlik ödənişlər də olur. İşçinin sığorta qiymətləri, xərcləri kateqoriyalar əsasında hesablanır".
Vəkil Nərmin Həsənli əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207.1-ci maddəsində işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ nəzərdə tutulub.
Məcəllənin 217-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarını tənzimləyir. Həmin maddənin birinci hissəsində işəgötürənin istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borclu olduğu qeyd edilib. Qeyd olunan maddənin üçüncü hissəsində isə bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalı olduğu müəyyən edilib.
"İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 9 yanvar 2003-cü il tarixli 3 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalar Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir".
N.Həsənli əlavə edib ki, həmin qaydaların 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır:
"Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.
Təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.
İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir".
"Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əməkhaqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əməkhaqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.
Qaydaların 3.3-cü bəndinə əsasən isə zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablandığı müəyyən edilib. Zərərçəkənin orta aylıq əməkhaqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əməkhaqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əməkhaqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əməkhaqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır", - deyə vəkil fikrini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat

Dünyapress TV

Xəbər lenti