Dəfn mərasimlərində qara paltarlara niyə üstünlük verilir? Bəziləri buna “çünki o rəng pisliyi, ölümü və qaranlığı hiss etdirdiyi üçün oyadır”-deyə cavab verə bilər. Bu cavab qismən doğru olsa da, yeganə səbəb bu deyil.
İşığı və bütün rəngləri özünə çəkən qara rəng adətən gücü, ehtirası, nəcibliyi, tənhalığı, sirri, ayıqlığı və tarazlığı simvolizə edərkən, bəzən isə, qaçış, itki və ya üsyan rəngi hesab edilir. Bu gün bütün bunlarla yanaşı, qara rəng həm də, dəfn mərasimlərinin rənginə çevrilib. İştirak etdiyiniz və ya şahidi olduğunuz yas mərasimlərində insanların ümumiyyətlə tünd rənglərə üstünlük verdiyini və çox vaxt qara paltarları seçdiyini görə bilərsiniz.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəfn mərasimlərində ağ, sarı, qırmızı kimi rənglərə üstünlük verən mədəniyyətlər də var. Məsələn, Hindistan və Çində ağ rəngin saflığı təmsil etdiyinə inanılır. Buna görə də dəfn və yas mərasimlərində ağa üstünlük verilir. Cənubi Afrika Respublikası və Qanada dəfn və yas mərasimlərində qırmızı rəngə üstünlük verilir. Bundan əlavə, Taylandda bənövşəyi, Myanmada sarı və nəhayət İranda mavi rəngə üstünlük verilir.
Yas mərasimlərində niyə daha çox qara rəngə üstünlük verilir?
Roma İmperiyasında kral ailələri yas mərasimində tünd rəngli paltar geyinirdilər. Biz orta əsrlərə gələndə kilsə bunu qara kimi müəyyən edib, məcburiləşdirdi. O dövrdə kilsələrdə ümumi inanc qara rəngin pis ruhları və cinləri qovması idi. Paltarlara rəng verən qara boya bahalı olduğundan sadə insanlar bu paltarları alıb geyə bilmirdilər. Adi insanların sözügedən rəngi seçə bilməməsinin başqa bir səbəbi də onlara aristokratları təqlid etmələrinin qadağan edilməsi idi. Buna görə də, yalnız yüksək statuslu insanlar, yəni krallar və aristokratlar bu rəngləri geyinə bilərdilər.
Kraliça Viktoriyanı əri Şahzadə Albertin ölümündən sonra 40 illik matəm tutur. Ərinin ölümündən sonra kraliça 40 illik yas mərasimində tədricən qara paltar geyinirdi ki, bu da getdikcə dəb halını alır. Dul qadınlar 6 aydan 1 ilə qədər qara geyinirdilər.
Sənaye İnqilabından sonra boya sexlərinin inkişafı ilə boya istehsalı ucuzlaşdı. Xüsusilə, 1900-cü illərdə qara paltarlar indi kütləvi şəkildə istehsal olundu və hər kəs üçün əlçatan idi. Bunun dəfn mərasimlərinə əks olunması ondan ibarət idi ki, sadə insanlar dəfn mərasimlərində və yas mərasimlərində bu rəngli paltarları geyinə bilirlər.