Türkiyə mediası xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiya sədri Meral Akşenerin “altılı masa”da prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı açıqlamasına münasibət olaraq bildirib.
“Narahat olmayın, bütün daşlar yerinə oturacaq. Yolumuza davam edirik”, – deyə Kılıçdaroğlu vurğulayıb.
Qeyd edək ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.