Rusiya Xarici İşlər Nazirliyi Xankəndidəki separatçı tör-töküntülərinin “xarici işlər naziri” Sergey Qazaryanın Rusiyaya səfər etməsinə və görüşlər keçirməsinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Qazaryanın Rusiya Federasiyası ərazisində şəxsi məqsədlərlə səfərdə olduğunu vurğulayıb.
Rusiya XİN rəsmisi onun keçirdiyi görüşlər barədə məlumata malik olmadığını qeyd edib.
“Onun burda olmasının hansısa rəsmi statusundan söhbət getmir və gedə də bilməz, hətta biz hansısa təmaslar haqqında bilsəydik belə... Haradasa bu səfər işgüzar səfər kimi təqdim olunub. Hesab edirik ki, belə səfərə bu cür baxıla bilməz. Bu, bizim mövqeyimizdir”, - Zaxarova əlavə edib.