NATO-nun baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanes Nauseda ilə hərbi alyasın növbəti sammitinə hazırlıqla bağlı telefon danışığı aparıb.
Bu barədə Y.Stoltenberq tviterdə yazıb.
“Litva Prezidenti ilə gələn il Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıqla bağlı səmərəli söhbət apardıq”, - o, qeyd edib.
Bundan başqa, tərəflər Rusiya ilə müharibədə Ukraynaya dəstəyin göstərilməsinin vacibliyini müzakirə edib və Belarusun bu qeyri-qanuni münaqişədə iştirakından narahatlığını ifadə ediblər.