Qətər Trampın təklifinə qarşı çıxdı
Qətər ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından evsiz fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini dəstəkləmir.

Bunu Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Əl Tani vurğulayıb ki, ölkəsi anklavın əhalisini dəstəkləmək üçün səyləri səfərbər etməyə hazırdır.

"Biz fələstinlilərin məcburi köçürülməsi və deportasiyasının qəti əleyhinəyik. Bizim təklifimiz aydındır və ötən gün Qahirədə keçirilən görüşdə də ifadə olunub", - qətərli nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, İsrailin hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir. Söhbət Qəzza zolağından kənara köçürülməli olan 1,5 milyon insandan gedir.
 

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Ağ Evin BU PLANI uğursuz olacaq - Ukraynadan SƏRT MÖVQE
03 Fevral 2025 NATO Baş katibi müharibəyə hazırlığa çağırdı
02 Fevral 2025 Paşinyan Trampdan rədd cavabı aldı
02 Fevral 2025 “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
01 Fevral 2025 Tramp: Putinlə danışmaq niyyətindəyəm
01 Fevral 2025 NATO hərəkətə keçir - TRAMPIN QRENLANDİYA PLANLARINI ƏNGƏLLƏMƏK ÜÇÜN
31 Yanvar 2025 Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
31 Yanvar 2025 Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏR
30 Yanvar 2025 Əliyev nöqtə qoydu - Azərbaycandan Azərbaycana maneəsiz keçid...
30 Yanvar 2025 Suriyanın yeni prezidenti bu şəxs oldu – FOTO
30 Yanvar 2025 Gürcüstan nümayəndə heyəti AŞPA-da işini dayandırdı
30 Yanvar 2025 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
29 Yanvar 2025 Tramp Netanyahunu Ağ Evdəki görüşə dəvət etdi
29 Yanvar 2025 Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
28 Yanvar 2025 Aİ Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv ediləcək
28 Yanvar 2025 “Ukrayna danışıqları aprel-may aylarında başlayacaq” – “Ərdoğan vasitəçi kimi çıxış edə bilər”
28 Yanvar 2025 Aİ gürcü diplomatlarla bağlı qərarı təsdiqlədi
27 Yanvar 2025 “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
26 Yanvar 2025 Yunanıstanda prezident seçkiləri ikinci tura qalıb
25 Yanvar 2025 Hakan Fidan: Türkiyə ABŞ-dən sanksiyaların ləğvini gözləyir

Dünyapress TV

Xəbər lenti