“2020-ci ilin noyabrında Vladimir Putin müharibənin dayandırılması ilə bağlı saziş imzalamaqla Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
“Ümumi bir anlayış var idi ki, Qarabağın yekun statusu ilə bağlı dialoq davam edəcək. Amma bir il və ya il yarım sonra Baş nazir Paşinyan Praqada keçirilən Avropa sammitində sənəd imzaladı ki, Ermənistan və Azərbaycan arasında Alma-Ata Bəyannaməsinə uyğun olaraq 1991-ci il sərhədlərində bir-birini tanıyır, məsələ bağlandı” - Lavrov deyib.