Oğan bu gün Ərdoğanı dəstəkləməsə, seçkinin taleyi…
Prezident və parlament seçkilərinə görə qurulan ATA İttifaqının artıq ömrünü başa vurduğu iddia edilir. Belə ki, mediada yayılan xəbərə görə, bu ittifaqdakı partiyalardan biri – Ədalət Partiyasının rəhbəri Vecdət Öz ittifaqın başa çatdığını, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.

ATA İttifaqına daxil olan (ATA İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxil olsa da, əsas güc Zəfər Partiyasıdır – red.) Zəfər Partiyasının sədri Ümid Özdağın Kılıçdaroğlu ilə görüşünü əsas götürənlər, onun bu gün “Altılı masa”nın namizədinə dəstək verəcəyini iddia edir. Ehtimallar da bu yöndədir, Ümid Özdağın AKP iqtidarının əsas simalarından olan Süleyman Soylu ilə ciddi konfliktdə olduğu bildirilir.

ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın isə Cünhur İttifaqına dəstək verəcəyi deyilir - Oğan da öz qərarını bu gün açıqlayacaq.

Mövzu ilə bağlı Axar.az-a danışan türkiyəli jurnalist və siyasi müşahidəçi Həsən Barın bildirib ki, Zəfər Partiyasının başqanı sayın Ümid Özdağın Kılıçdaroğlu ilə anlaşmaya yaxın olduğu ilə ilgili bəzi xəbərlər həqiqətən paylaşılmaqdadır.

“Öncəliklə bunu deməliyik: Dünyagörüş və düşüncə olaraq Ümid Özdağ Millət İttifaqına (Kılıçdaroğlu), Sinan Oğan isə Cümhur İttifaqına (Ərdoğan) yaxındır. Sinan Oğanı da MHP başqanı Baxçalı Cümhur İttifaqında istəməz.

Sinan Oğan namizədi olduğu ATA İttifaqından daha çox səs aldı: ATA İttifaqının əsas partiyası – Zəfər Partiyası 14 may seçimində 2,2% səs qazandı, Oğan isə bundan iki dəfədən də çox (5,17%) səs topladı.

Görüşmələr Ümid Özdağ yönətimində keçir. Bu da Türkiyə millətçilərinin gözündən qaçmır”, - o bildirib.

Həsən Barının fikrincə, Oğanın aldığı səslərin bir hissəsi Məmləkət Partiyasının sədri, seçkiyə 2 gün qalmış namizədliyini geri götürən Məhərrəm İncəyə gedəcək səslərdir:

“Yəni CHP-nin elektoratıdır, HDP “Altılı masa”ya dəstək verdiyi üçün Kamal Kılıçdaroğluya səs vermədilər. Burdan belə anlaşılır ki, Oğanın səsi Zəfər Partiyasının səsi qədərdir.

Məsələ budur ki, Oğana səs verənlər milliyyətçi, intellektual, yüksək təhsilli, analiz qabiliyyəti olan insanlardır. Onlar Oğanın və yaxud Özdağın çağırışı ilə seçim etməzlər.

Millətçiliyi yönləndirən MHP-dir. Buna görə də Oğanın səslərinin bir qismi - ən azı 1%-i MHP-yə, yəni Ərdoğana gedəcək. Qalan səslərin necə olmasının artıq əhəmiyyəti qalmayacaq, bu bir faiz ikinci turun taleyini həll edəcək. Çünki birinci turda Ərdoğan 49,5%-in üzərində səs alıb”.

Barın xüsusilə vurğulayıb ki, Türkiyədə seçici xaos istəmir, səs verərkən də Məclis çoxluğunu ələ keçirən partiyanı dəstəkləyəcək:

“Məclis çoxluğu isə Cümhur İttifaqındadır. Qısaca desək, ATA İttifaqının kimi dəstəkləyib-dəstəkləmədiyi nəticəni dəyişməyəcək, Ərdoğanın qələbəsi qaçılmazdır!”
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...

Dünyapress TV

Xəbər lenti