"Heydər Əliyevin tapşırığı olmasaydı orada, İçərişəhərdə mənə yer verərdilər? "
“Miniatür kitab muzeyinə xarici vətəndaşlar çox gəlir. Xüsusilə xaricdən uçurlar ki, gəlib muzeyimizlə tanış olsunlar. Muzeyimizə giriş pulsuzdur. Amma bizim yerli ziyarətçilərin sayı xaricilərin sayı ilə müqayisədə çox azdır. Bizimkiləri muzey maraqlandırmır. Onları bazar, restoran maraqlandırır. Biz muzeyin jurnalında qeydiyyat aparırıq statistika ilə bağlı. Gəlib yerində əyani şəkildə tanış ola bilərsiniz”

Bunu Moderator.az-a açıqlamasında Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib. O daha sonra əlavə edib.

“Yeni-yeni miniatür kitablar çapdan çıxıb. Nüsxələrin sayı azdır. Heç bir qurumdan maddi dəstək almıram. Bütün bunlar xərcdir. Hamısını öz vəsaitim hesabına edirəm. Heç kimə müraciət etmirəm. Mən kitablarla yaşayıram, nəfəs alıram. Arzularım kitablarla bağlıdır. Ulu öndər Heydər Əliyevin sayəsində bu muzeyi yaratmışam. Heydər Əliyevin tapşırığı olmasaydı orada, İçərişəhərdə mənə yer verərdilər? Əlbəttə ki, verməzdilər. Özümüz tikmişik, özümüz də saxlayırıq. Cəmi 1 işçimiz var” deyə o bildirib.

Zərifə Salahova bildirib ki, 2914 miniatür kitabı Ginesin Rekordlar kitabına düşüb.

“Mənim bu rekordumu heç kim keçə bilməz. Bu Azərbaycan adına böyük bir uğurdur. Muzeydə bu rekordun sertifikatı da asılıb. Başqa ölkənin xanımı bu kitaba düşsəydi hamı danışardı, amma bəlkə də bir çoxlarının xəbəri yoxdur ki, mən bu uğura imza atmışam. Bütün dünya ölkələrinin nümayəndələri muzeylə maraqlanır. Bu mənə bəs edir. Yazıçılardan ancaq Natiq Rəsulzadə gəlir. Başqa yazıçıları görməmişəm. Gəlmirlərsə özləri bilərlər” deyə o bildirib.

Dünyapress TV

Xəbər lenti