Qızının "Son zəng"inə qatılmayan Tom Kruz Teylor Sviftin konsertinə getdi
Hollivud ulduzu Tom Kruz qızı Surinin son zəng mərasimini buraxıb.

Akrtyorun tanınmış həmkarı Keti Holms ilə birgə övladı Nyu-Yorkda məktəbi bitirib.

Surinin anası mərasimdə iştirak edib, lakin atası gəlməyib.

Ertəsi gün aktyor Londonda müğənni Teylor Sviftin konsertində görüntülənib.

Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada baş tutub. Mərasimdən altı ay əvvəl, 18 aprel 2006-cı ildə sevgililərin Suri adlı qızı dünyaya gəlib. 2012-ci ildə məşhurlar boşanıblar.

Mənbə: gazeta.ru
 

Dünyapress TV

Xəbər lenti