Şakir Eminbəylinin “Gündəliyi”nə 2 yazıldı –
Bu yaxınlarda tanınmış jurnalist Janna Nemtsova mərhum atasından danışarkən oliqarxlar Berezovski və Qusinskinin sahibi olduqları ORT (indiki “Pervı” telekanalı) və NTV telekanallarının Boris Nemtsova qarşı apardıqları “qara piar”dan danışdı. Saxta reportajların Yeltsinin varisliyinə namizəd olan atasının nüfuzuna zərbə endirdiyini xatırlatdı. Sonra nə oldu? Berezovski Londonda özünü “asdı”, Qusinski ölkədən qaçmalı oldu, jurnalist Yevgeni Kiselyov həmin reportajlara görə Boris Nemtsovdan üzr istədi. Amma bunun heç kimə faydası olmadı…

Bu, medianın yaradıcılıqdan və peşəkarlıqdan kənar şəxslərin əlinə düşməsinin böyük fəlakətlərə səbəb olduğunun kiçik nümunəsidir.

Zəngin ədəbi və mədəni irsimizə qısa nəzər salmaq bunün üçün kifayət edir. Təsəvvür edin ki, Mirzə Çəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin və digər dühaların yeri bomboş qalıb. Üstəlik, bu yeri istər doğma, istərsə də əcnəbi dildə doğru-dürüst danışa bilməyən, yazı yaza bilməyən, indiyədək öz ad-soyadını kiril əlifbası ilə təqdim edən biri olan Şakir Eminbəyli doldurmağa cəhd edir.

Sön dövrdə onu hər yerdə görürsən. İndi də İctimai Televiziyada peyda olub. Düzü, keyfiyyətsizliyi baxımından yerli serialları izləmədiyimizdən İctimai Televiziyanın “Gündəlik” serialından, onun layihə rəhbərinin Şakir Eminbəylinin olmasından xəbərimiz yox idi.

Güman etmək olardı ki, intriqanı artırmaq və maraq doğurmaq məqsədilə serialın kiçik fraqmenti İTV-nin efirində yayımlandı. Bu addımı atanlar həmin fraqmentin qələm əhli arasında böyük etiraza səbəb olacağını hesablamamışdılar. Hər şey əksinə oldu. Təzə-təzə ayağa qalxmağa başlayan, ictimaiyyətin nəzərində özünü dürüst, qərəzsiz aparmağa çalışan İTV-nin nüfuzuna böyük zərbə vuruldu. Sən demə, məktəbdə baş verən cümlə fəlakətlərə bais təhsil sistemindəki çatışmazlıqlar deyil, imla yaza bilməyən, “sensasiya” axtaran, icra başçısı və ya digər məmurlarla yüksək tonla danışa bilməyən, amma məktəbə gələndə şirə-pələngə çevrilən jurnalistlər imiş…

Layihənin rəhbərinin elm və təhsil naziri Emin Əmrullayevə yaxınlığı ilə seçilən, özünü “media meneceri” adlandıran, Gəncə hadisələri zamanı ANS-in əməkdaşı kimi tank üstündən “səsi” gələn, Aztv-nin keçmiş baş prodüsseri, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi, hazırda isə “Turan.media” şirkətində CEO (icraşı direktor) olan Şakir Eminbəylinin olduğu aydınlaşanda bütün daşlar yerinə oturdu.

Emin Əmrullayev təhsil naziri təyin olunan kimi “Yeni təhsil naziri Emin Əmrullayev ailə üzvləri ilə birlikdə” adlı ilk reportajı, sizcə, kim hazırladı? Əlbəttə ki, Şakir Eminbəyli. Yəqin “dost dosta tən gərək” prinsipinə riayət edən Şakir Eminbəyli nazirin fəaliyyətinə tənqidi yanaşan, mətbuat konfranslarında onunla mübahisə edən jurnalistlərdən “intiqam” aldığını düşünür. Ya da hesab edir ki, rəqs qabiliyyətini nümayiş etdirməyi bacaran, amma fəlakətli hadisələr törədiləndə məktəblərdə üzünü görmədiyimiz naziri belə müdafiə etmək caizdir.

Amma Şakir Eminbəyli unudub ki, video epizoddakı jurnalistin prototipinə daha çox özü bənzəyir. İnanmırsınız, Şakir Eminbəylinin statusuna baxın. Onu olduğu kimi təqdim edirik:

“Gündəlik” serialının gündəm olacağına bu layihənin ideyasını düşünsən andan əmin idim! Kütlənin, toplumun kəmsavadlığını da nəzərə almışdıq!

Amma, nə biləydim ki, ölkə mətbuatının başında duranlar belə, içi filankəslər olmaqla, Ustad Mir Shahin demişkən: “Hətta intellektinə, dünyagörüşünə hörmət etdiyim şəxslər belə bu xəstəliyə yoluxmaqdadır. Bədii təxəyyül məhsulunun üzərinə özünü ağıllı, yuxarı səviyyəli sayanların belə-radikalcasına gedişi sadəcə anormallıqdır”.

Ağıllılar və ağıllı görünmək istəyənlər! Əlyazmalar yanmır, ələxsus də “screenshot” lar….

Necə deyərlər, get imla yaz, Şakir Eminbəyli!

KONKRET.az-ın Analitik Qrupu
 

Dünyapress TV

Xəbər lenti