Axmaq bir poema sovet şairi üçün ev demək idi...
İctimai fikirdə belə bir batil inanc var ki, sovet dövründə sənət adamları daha əxlaqlı, kubar idilər.
Bu həm məqsədli, həm avamcasına yanaşmanın təzahürüdür. İki çağın insanı müqayisə olunursa, iki çağın insan yetişdirən şərtləri də müqayisə olunmalıdır.
Dini rədd edən sovet imperiyası onun yerinə alternativini seçmişdi; sənəti.
Mənəvi-ruhani-mistik təsir gücünə görə sənət dindən sonra ikincidir. Durkheym sənəti hətta dinin instrumental alt qatı adlandırırdı.
Sovet hökuməti də sağ saxladığı sənət adamlarına öz ideologiyasının rahibləri kimi yanaşırdı. Dövlətin və xalqın boğazından kəsib onlara yedirirdi. Axmaq bir poema sovet şairi üçün ev demək idi.
İndi bu şərtlər yoxdur, sənət adamı umumi qazandan yeməyə məhkumdur.
Əxlaqına, kubarlığına toz qondurmafığımız Rəşid Behbudovlar, Müslüm Maqomayevlər, Səməd Vurğunlar, Şövkət Ələkbərovalar və s. sənət adamlarımız indiki şərtlərdə yaşasaydılar, kim bilir, nələr edərdilər, ümumiyyətlə, sənəti seçərdilərmi?

Aqşin YENİSEY - dia-az.info

Dünyapress TV

Xəbər lenti