Kimin yolkası daha uzundur? –
Bildiyimiz kimi, hər il Yeni il ərəfəsində Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla dünyanın əksər şəhərlərinin mərkəzi meydanlarında ölkələrin “əsas yolka”ları quraşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu il Azərbaycanın “əsas yolka”sı paytaxt Bakıda “Kukla Teatrı”nın arxasındakı ərazidə quraşdırılıb.
Açıqlanan rəsmi məlumatlarda yolkanın hündürlüyünün 35 metr olduğu bildirilir.
Məlumat üçün bildirək ki, Rusiyanın məşhur “Turstat” agentliyi MDB ölkələrində qurulan yolkaların hündürlüyünü açıqlayıb. Azərbaycanın “əsas yolka”sı hündürlüyünə görə MDB ölkələri arasında ilk 4-lüyə daxil olub.
Onu da bildirək ki, MDB ölkələri arasında yalnız Rusiyanın paytaxtında qurulan yolka təbii ağacdandır.
MDB ölkələrinin paytaxtlarında qurulan Yeni il yolkalarının hündürlüyünü təqdim edirik:
- Aşqabad (Türkmənistan) - 44 metr
- İrəvan (Ermənistan) - 37 metr
- Daşkənd (Özbəkistan) - 35 metr
- Bakı (Azərbaycan) - 35 metr
- Bişkek (Qırğızıstan) - 32 metr
- Minsk (Belarus) - 30 metr
- Düşənbə (Tacikistan) - 30 metr
- Moskva (Rusiya) - 25 metr
- Astana (Qazaxıstan) - 25 metr
 

Dünyapress TV

Xəbər lenti