Solovyov İsraildə döyüşməyə niyə getmir? - Gətirdiyi bəhanəyə baxın
Vladimir Solovyov İsrail üçün döyüşməyə gedə bilməməsinin səbəbini açıqlayıb.

Publika.az rus mətbuatına istinadən xəbər verir ki, teleaparıcı bunu Rusiya-Ukrayna müharibəsilə əlaqələndirib:

"Dünyanın hər yerindən yəhudilər öz xalqını müdafiə etmək üçün İsrailə gedirlər".

Teleaparıcı bu barədə Rusiya 1 kanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində danışıb. O, proqramın tamaşaçılarına xatırladıb ki, bir dəfə 2004-cü ildə israilli jurnalistlərə “İsraildə müharibə başlasa, mən bir yəhudi olaraq ora gedəcəyəm” deyə söz verib. "İndi də öz sözlərimdən dönmürəm və yaşıma baxmayaraq (teleaparıcının hazırda 60 yaşı var), İsrailə gedərdim", - Solovyov deyib.

Eyni zamanda, Solovyovun sözlərinə görə, hələ 2004-cü ildə İsrail səfiri ona İsrail ordusunun sıralarında döyüşmək üçün çox qoca olduğunu bildirib.
 
 
 

Dünyapress TV

Xəbər lenti