Məlahət Abbasova onun üçün göz yaşı tökdü
“Allah Qənirə xanıma şəfa versin. Türkiyədə serialın çəkilişlərindəyəm, inanın Allaha özümə yer tapa bilmirəm. Ortaq dostlarımıza, ailə üzvlərinə zəng etdim. Başları qarışıq olduğu üçün telefonlarımı açmadılar. Səhhətindən çox nigaranam. Uzaqdayam, əlimdən gələn yalnız duadır. Ailə üzvləri, dostları, bütün millət pərişandır. Qənirə xanım mənim üçün çox dəyərli bir insandır (ağlayır). 15 ildən çoxdur ki, onunla yaxınıq. Mənim hər zaman xeyrimdə, şərimdə yanımda olub. O İstanbula gələndə, mən Bakıya gələndə həmişə bir araya gəlirik. Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında həm siyasi, həm də mədəniyyət sahəsində bir körpü olub. Türkiyədə onun çox böyük hörməti var. Çox insan onu tanıyır. Hamısı onun üçün dua edir, şəfa diləyir. Mən həmişə o insanla qürur duymuşam”
Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
“Verilişimlə bağlı Türkiyədən gələn qonaqlarım olanda deyirdi ki, bacı götür onları gəlin bizə. Gedərdik orada süfrə açardı, çox gözəl qarşılayardı bizi. Allahdan Qənirəmizə şəfa diləyirəm. Çünki o bizim Qənirəmizdir. O çox güclü qadındır. İnanıram ki, tezliklə ayağa qalxacaq. Yenə də aramıza qayıdacaq. O mənim canımdır (ağlayır). Çox pisəm. Onsuz həyatımı heç düşünə bilmirəm. Çəkilişlərdə o qədər ağlamışam ki. Allah ailəsinə səbr, dözüm versin” deyə sənətçi bildirib.
Məlahət Abbasova bildirib ki, Qənirə xanım heç vaxt səhhətindən şikayət etməyib.
“İndiyə qədər onun xəstə olduğunu eşitməmişəm. Özü də mənə deməyib. Amma bilirəm ki, artıq çəki ilə bağlı həmişə bir pəhrizi var idi. Hətta illər əvvəl Aygün Səmədzadə ilə birlikdə məni evinə qonaq çağırmışdı, süfrədə hər şey var idi, bir dənə də nəsə götürüb yemək yemədi. Həddindən artıq pəhriz də ziyandır. İşləri də çox olurdu. Böyük ehtimal işlərinin çoxluğundan sağlamlığına da diqqət yetirmirdi. İstanbula gəlirdi, o iclasdan bu iclasa gedirdi, o şəhərdən bu şəhərə gəlirdi. Çox vətənpərvər bir insandır” deyə aktrisa bildirib.
1695579593_2.jpg
 

Dünyapress TV

Xəbər lenti