Azərbaycan adının mənasını izah edən 12 fərziyyə silsilasindən.
Ehtimal ki, Azərbaycan adı atropat sözündən törəmişdir. Lakin bu... etnonimdi?
Bu yazıda daxil etdiyimiz on birinci fərziyyənin müəllifi tanınmış Azərbaycan tarixçisi, professor Firudin Ağası oğlu Cəlilovdur:
1. “Azərbaycan adı Xəzər dənizinin adından, türkcədəki boy (tayfa, soy) sözündən və məkanı bildirən qan sözündən əmələ gəlmişdir”.
Bu fikir də kifayət qədər əsaslıdır. Həqiqətən də azər və xəzər etnonimləri arasında, faktiki olaraq, eynilik vardır. Həmçinin nəzərə almalıyıq ki, türk xalqlarının əksəriyyətinin adı eyni yolla yaranmışdır. Məsələn, düger, eymir, əfşar, qacar, tatar, bulqar, subar, sabir, uyğur, yuqur, yüregir, yazır, salar, xəzər, qabar və s.
Nəhayət, heç kimin bilmədiyi (bugünədək səsləndirilməmiş) sonuncu fərziyyəyə keçək. Amma əvvəlcə oxucunun diqqətini belə bir məlumata yönəldək:
Qədim Roma tarixçisi Publius Kornelius Tasitus (50–120) “Annallar” adlı əsərində yazırdı: “Parfiya imperiyasının rəhbəri, Midiya hökmdarı II Ərtabanın (?–38) anası Ərsaki soyundan olmuş, onun özü isə dahalar arasında böyümüşdür”.
Məlumat üçün qeyd edək ki, daha (və ya day) qədim dünyanın ən məşhur saka tayfası idi. Yeri gəlmişkən, saka xalqının day (daha) tayfasının vaxtilə yaşadığı torpaqlarda bugün qazax xalqının qədim aday tayfası, türkmən xalqının isə təkə tayfası yaşayır. Güman edirik ki, sak – qazax, day – aday, daha – təkə etnonimləri arasında bənzərlik heç də təsadüfi deyildir.
Müasir tarixçilərin əksəriyyəti bu fikirdədir ki, II Ərtabanın atası saka tayfasından olmuşdur. Mövcud məlumatların təhlili göstərir ki, II Ərtaban Ərsak Kiçik Midiya (Azərbaycan) hökmdarı Atropatın soyundan idi. Bu kontekstdə kifayət qədər maraqlıdır ki, eramızın I əsrində yaşamış qədim Roma tarixçisi Quintus Kurtius Rufus “Historiae Alexandri Magni Macedonis” adlı əsərində Azərbaycan şahı Atropatı məhz Ərsak adlandırmışdır.
Beləliklə, on ikinci fərziyyəni birinci, ikinci və dördüncü fərziyyələrin sintezi hesab edə bilərik:
2. “Azərbaycan adı həqiqətən də atropat (atorpat, aturpat, aterpat, atrepat) sözündən törəmişdir. Amma o şəxs adı və ya ləqəb deyil, etnonim idi”.
Zənnimizcə, Roma diktatoru Gaius İulius Kaesarın (e.ə. 100–44) bu məlumatı sayəsində Azərbaycan adının sirrini aça bilərik: “E.ə. 57-ci ildə Roma ordusu (indiki Fransa və Belçika ərazisindən axan) Sabis çayından 10 mil (16 km) aralıda düşərgə qurdu. Çayın o biri sahilinə isə nervi və atrebat tayfalarının döyüşçüləri yaxınlaşdılar”.
Atrebat tayfasının adı müxtəlif mənbələrdə bir qədər fərqli şəkillərdə təsbit olunmuşdur:
- Roma diktatoru Kaesarın (e.ə. 100–44) əsərində – atrebates;
- Yunan tarixçisi və coğrafiyaçısı Strabonun (e.ə. 64 – e. 24) əsərində – atrebatioi;
- Roma tarixçisi Gaius Plinius Sekundusun (22–79) əsərində – atrebates;
- Yunan coğrafiyaçısı Klaudius Ptolemaiosun (100–170) əsərində – atribatioi;
- Roma tarixçisi Lucius Klaudius Kassius Dio Kokkeianusun (165–235) əsərində – atrebas;
- “Notitia Dignitatum” adlı Roma sənədində (V əsr) – atrabatis.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az

Dünyapress TV

Xəbər lenti