Əhməd Cavad  və Göy göl
Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır, ulduza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı Göygöl!
Əhməd Cavad 1925-ci ildə "Göy göl" şeirində yazdığı bu misralara görə həbs edilmişdi. Şair bu misralarda Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin Gəncədə fəaliyyət göstərdiyi illəri vəsf etmişdir.
Lakin Əhməd Cavad həbsdən çıxdıqdan sonra "Göy göl"ə aid başqa bir şeir yazmışdır:
Ey Göy gölüm,
Ey göl gülüm!
Qoy göyərib,
Qoy mən ölüm!
Assınlar məni,
Kəssinlər məni!
Qoy türmələrə,
Bassınlar məni!
Neynirəm könlü?
Neynirəm dili?
Səndən yazmasam,
Neynirəm əli?
Nəsən, kimsən sən?
Nisgilimsən sən!
Qoy açıq deyim,
Sevgilimsən sən!
Borana düşdüm,
Yüz qana düşdüm!
Adını çəkdim,
Zindana düşdüm!
Könlüm tel olsun!
Yaşım sel olsun!
Bir dar qəfəs də
Qoy Göygöl olsun!
Əhməd Cavad güllələndikdən sonra görkəmli mühacirət şairimiz Alazan Baycan Əhməd Cavadı bu cür anmışdı:
Göy-gölüm gözəldir yaradılışdan,
Ayırmadım onu aydan, ulduzdan,
Dözməz ayrılığa ürəkdə vicdan,
Qoy olsun ellərə tamaşa Göy-göl.
Qurtulmaq istədi bu gözəl yurdun,
Çardan ayrılaraq bir dövlət qurdun,
Yeni Qızıl çara sən qarşı durdun,
Yetmədi qüvvətin savaşa, Göy-göl.
Джавид Ахмедов
Teref.az

Dünyapress TV

Xəbər lenti