BP Azərbaycan neftinin Aralıq dənizindəki Ceyhan limanından ixracı ilə bağlı fors-major vəziyyət elan etdiyini açıqlayıb.
İndex.az xəbər verir ki, BP-nin Bakıdakı sözçüsü bildirib ki, regionda baş verən zəlzələlərdən sonra şirkət Aralıq dənizindəki Ceyhan limanından Azərbaycan neftinin ixracı ilə bağlı fors-major vəziyyət elan edib:
“Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neftin dəniz yolu ilə ixracı bərpa olunmayıb”.
Fors-major bəyannaməsi BP-yə şirkətin nəzarətindən kənar hadisələrlə bağlı müqavilə öhdəliklərini yerinə yetirməmək imkanı verəcək.