Dərman “biznesinin” daha bir fırıldağı ortaya çıxıb.
Belə ki, dərman biznesi ilə məşğul olan sahibkarlar süni qiymət artımı yaratmaq üçün dərman preparatlarını istehsalçı ölkədən birbaşa ölkəmizə idxal etməyərək öncə ofşor zona olan 3-cü ölkəyə daşıyırlar.
Teref.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu iddia ilə tanınmış həkim-radioloq Aydın Əliyev çıxış edib. Onun sözlərinə görə sahibkar əgər istehsalçıdan dərmanı 1 dollara alıbsa, ofşor zonada onu məsələn, 5 dollara rəsmiləşdirir və ölkəmizə giriş zamanı sənədlərdə 5 dollara aldığı göstərilir, avtomatik olaraq digər xərcləri də üzərinə gələndə o dərman vasitəsinin bizdə pərakəndə satışı ən azı 10 dollara yüksəlir. Halbuki birbaşa gətirilsə, qat-qat ucuz olar. Həkim dərman biznesmenlərinin bu addımını sərt tənqid edib. Son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaranıb. Həmçinin gün keçdikcə dərmanların qiymətində bahalaşma müşahidə edilir. Bu il ərizndə dərmanların qiyməti bir neçə də artıb. Üstəlik əlçatan pereparatlar apteklərdən yoxa çıxır. Azərbaycanda dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək Tarif Şurası ilə Səhiyyə Nazirliyi isə hələki susqunluq nümayiş etdirir.Qeyd edək ki, əksər dərman preparatlarının idxalı həm rüsumlardan, həm də idxaldan cəlb edilən ƏDV də daxil bütün vergilərdən azaddır.