Bu il sahələrdə kələmin məhsuldarlığı yüksək olsa da, qiyməti ötən illərə nisbətən xeyli aşağı düşüb. Hazırda tonlarla kələm sahələrdə məhv olur.
Fermerlərin sözlərinə görə, onlar əkin zamanı xərclədikləri mayanı belə götürə bilmirlər:
“Kələmi satanda borca düşürük. Fəhlələr qonşu kənddən günü 20 manata gəlirlər. Ödənişləri edə bilmirik. Bir hektar kələmin əkilməsi üçün ortalama 2000-2500 AZN xərc çəkilir”. Daha ətraflı Baku TV-nin süjetində: