Türkmənistan qazının Avropaya nəqli ilə bağlı Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli sammitindən sonra ilk reaksiya Rusiyadan eşidilib. Federasiya Şurasında Həştərxan vilayətini təmsil edən Aleksandr Başkin bildirib ki, Rusiya Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə icazə verməyəcək. Rusiyalı senator bunu güya Xəzər dənizinin statusu ilə bağlı hüquqi konvensiya ilə əsaslandırıb. Yeganə Hacıyeva Teref.az