"Dövlət vətəndaşların bütün problemlərini həll edə bilməz".
Teref.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak "Times" qəzetinə müsahibəsində deyib.
Sunak dövlət büdcəsindəki 50 milyard funt-sterlinq (təxminən 57.3 milyard dollar) kəsiri ödəmək üçün vergiləri artırmaq niyyətindədir.
"Əmin olmalısınız ki, bir iş görəndə bunu ləyaqətlə edirsiniz və insanlara qarşı dürüst olursunuz", - baş nazir söyləyib.
O, həmçinin qeyd edib ki, inflyasiya ilə mübarizə onun siyasətinin prioritet istiqamətlərindən biridir.
Bundan əlavə, "Times" qəzetinin yazdığına görə, Sunak sabiq baş nazir Liz Trassın qarşı çıxdığı neft-qaz şirkətlərinin gəlirlərini artırmaq niyyətindədir.