“Bu gün ölkəmizdə yığılan pambıqları zavodlar alır və bizim pambıq daha çox xaricə ixrac olunur, əsasən də Türkiyəyə. Türkiyədə də pambıqdan hazırlanan parçalar ölkəmizə daxil olur, yaxud da bu parçalardan geyimlər tikilir. Bunu nəzərə alsaq görərik ki, ölkəmizdə pambıq əkilsə də, onun daxili bazarı ödəməməsi müşahidə olunur. Təbii ki, bu da zavodların apardığı siyasətlə bağlıdır. Çünki onlar burada pambığı alır və onu xarici ölkəyə yönəldir. Ola bilsin ki, gəlir baxımından ixrac daha sərfəlidir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə ciddi iş görməlidir. Yəni, yeni fabriklər açılsın və pambıq birinci yerli bazarı ödədikdən sonra xaricə çıxarılsın”.
TEREF.AZ yazır ki, bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.
İqtisadçı bildirib ki, ölkəmizdə taxıl sahəsində də vəziyyət ürəkaçan deyil:
“Təəssüf ki, ölkəmizdə yetişdirilən taxıl da yerli bazarı ödəmir. Bu baxımdan da, biz yenə də xarici bazardan asılıyıq. Son vaxtlar müşahidə olunur ki, bizə Qazaxıstan müəyyən qədər dəstək olacaq. O baxımdan ki, oradan taxıl məhsulları ölkəyə gətirilərək, burada anbara yığılacaq. Həm digər ölkələrə yönəltmək üçün, o cümlədən də daxili bazar üçün nəzərdə tutulub. Bizdə taxılın yararlı olmadığını bildirirlər, bunu da onunla əlaqələndirirlər ki, ölkədə yetişdirilən taxıl Rusiayda yetişdirilən taxıldan çox aşağı səviyyədədir. Ondan alınan un aşağı olduğu üçün istehsal ettmək gəlirli hesab olunmur. İstehsal olunduqdan sonra onu yalnız dən məhsulları kimi həyət evlərində olan quşların yemi üçün istifadə oluna bilər, qismən də çörək istehsalında istifadə oluna bilər. Ölkəmizdə taxılın az əkilməsi məhz bununla bağlıdır. Hesab edirəm ki, Qarabağ zonası minalardan tam təmizlənəndən sonra yüksək formada taxılın istehsalı üçün işlər görüldəcək və ölkəyə xaricdən taxılın gətirilməsinə ehtiyac olmayacaq. Hətta, Azərbaycan başqa ölkələrə taxıl satacaq.”
İqtisadçının sözlərinə görə, ölkəmizdə kartof əkilsə də, təəssüf ki, o da daxili tələbatı ödəmir:
Kartofun daxili bazarı ödəməməsinin əsas səbəbi onun Rusiya bazarlarına getməsiylə bağlıdır. Bu gün də kartof Rusiyaya getməkdə davam edir, çünki bu onların bağldıığı müqavilədən irəli gələn bir məsələdir. Bunun nəticəsində kartof daxili bazarı ödəmir. Bunun nəticəsində də, biz Pakistan, İrandan ölkəmizə kartofun gəlməsini müşahidə edirik. Hesab edirəm ki, bizim yerli istehsal olunan kartof daha keyfiyyətli olduğu üçün Rusiya bazarına gedir və onun yerində daxili tələbatı ödəmək üçün digər ölkələrdən kartof gətirilir. Bu gün ölkəmizdə yetişdirilən kartof yerli bazarı ödəyir. Sadəcə olaraq, kartof Rusiya bazarlarına getdiyi üçün yerli bazarda qıtlıq əmələ gəlir. Qıtlığın da qarşısnı almaq üçün digər ölkələrdən bura kartof gətirilir. Burada digər məsələ də var ki, bazarlarda da biz müşahidə edirik ki, əvvəllər bir-iki furalar kənd təsərrüfatı ilə bazara daxil olurdusa, indi bunun sayı çoxalmaqddır. Çoxalırsa, demək ki, digər ölkələrdən gətirilən kənd təsərrüfat məhsulları yerli bazarlarda olan məhsulları sıxışdırıb çıxarır. Bunun da səbəbi birbaşa tək kəndlinin üstünə deyil, həm də Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə düşür. Bu maneələri yerli bazarlarda canlandırmaq üçün müəyyən hərəkətlər etməlidirlər ki, ölkədə istehsal olunan kartof birinci növbədə yerli bazarı ödəsin, ondan sonra digər ölkələrə getsin”.