ABŞ maliyyə naziri Canet Yellen OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarının qlobal iqtisadiyyat, xüsusilə də böyüyən bazarlar üçün “faydasız və qeyri-müdrik” olduğunu bildirib. Bu barədə oktyabrıb 9-u Financial Times xəbər verib.
“Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərlə bağlı narahatıq” – deyə Yellen qəzetə müsahibəsində bildirib.
Nazir həmçinin müttəfiqləri Ukraynana maliyyə yardımı göstərməkdə ləng olduqları üçün tənqid edib.
“Ukraynaya vəsaitlərin köçürülməsi tempi olduqca yavaşdır” – Yellen bildirib və əlavə edib ki, bəzi ölkələr Ukrayana yardım öhdəliyi götürsələr də, hələ də bunu reallaşdırmayıblar. amerikaninsesi