Avropa İttifaqı Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ödənilməsi ilə Ukraynaya 35 milyard avroluq kredit təklifi ilə bağlı müzakirələrə başlayıb.
Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Üzv ölkələrin daimi nümayəndələri xüsusi kredit alətinin yaradılmasını özündə ehtiva edən bu mexanizmi müzakirə etməyə başlayıblar. Təklif kreditin qaytarılmasına zəmanət vermək üçün Rusiya aktivlərinin dondurulması müddətinin 6 aydan 36 aya qədər artırılmasını nəzərdə tutur ki, bu da Aİ Şurasında yekdillik tələb edir.
İclasın gündəliyində deyilir: "Rusiyanın immobilizasiya edilmiş aktivlərindən alınan təcili vəsaitlərin kreditlərə xidmət və qaytarılması üçün istifadəsi".
"Aİ və G7 ölkələri Ukraynaya ilin sonuna qədər razılaşdırılmış 50 milyard dollar məbləğində, Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollarından əldə edilən gəlirdən geri qaytarılmaqla, ilin sonuna qədər kredit verməyə sadiqdirlər", deyə qeyd edilir.
Bundan əvvəl məlum olmuşdu ki, Ukraynanın dövlət borcu 2024-cü ilin sonuna ÜDM-in 101,8%-nə, büdcə kəsiri isə 2025-ci ilin sonuna qədər ÜDM-in 19,4%-nə çatacaq. Əsas gəlir mənbəyi bütün xərclərin yarıdan bir qədər çoxunu ödəyəcək vergi gəlirləridir. Minimum əmək haqqı 8 min qrivna olaraq qalacaq.