Xəbər verdiyimiz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etirazlarına baxmayaraq “Aztelekom” və “Baktelekom” şirkətləri internetin 40 faiz bahalaşdırıb. Bundan sonra ölkədə fəaliyyət göstərən digər provayderlər də qiymətləri artırmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, sentyabrdan başlayaraq “Azevrotel” provayderi də minimum internet paketinin qiymətini 25 manata qaldırıb.
Qeyd edək ki, qiymətlərin kəskin yüksəlməsinə baxmayaraq internetin sürəti vəd olunduğu kimi, 100 mqb/saniyəyə çatdırılmayıb. Provayderlər məsuliyyəti abunəçilərin üzərinə ataraq internetin zəif olmasını avadanlıqların (?) köhnə olması ilə izah edirlər. Amma son model mobil telefonlarda belə vəd olunan sürət mövcud deyil.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bahalaşma qərarını kartel sövləşməsi, qanunsuzluq və “Rəqabət Məcəlləsi”nin kobud şəkildə pozulması adlandırıb. Amma inhisarçı şirkətlər bu bəyanatlara məhəl qoymayaraq soyğunçu qərarlarını müdafiə ediblər.
Nəticədə regionlarda abunəçilər yeni təqdim olunan internet xidmətlərindən kütləvi şəkildə imtina etməyə başlayıb. “Aztelekom” və “Baktelekom” şirkətləri isə prosesin qarşısını almaq üçün abunəçiləri cərimə ilə hədələyir.